Silah anbarında partlayış...-Ölənlər var
Moskvada avtomobil izdihamın üzərinə sürən şəxs saxlanılıb-YENİLƏNİB
ABŞ-dən Ukraynaya 500 milyon dollarlıq hərbi yardım
İsrail atəşə tutuldu
Özgür Özelin barəsində istintaq başladılıb
Rusiyanın hərbi təyyarəsi İrəvana endi
Tovuz döyüşlərindən beş il ötür
Zelenski xarici hərbi yardımın çatdırılmasından danışıb
HƏMAS-ın hərbi-dəniz xüsusi təyinatlılarının 6 komandiri öldürülüb
Anar Abdullayev həbs olunub


03.03.2025  18:47 

Amal Qrup Qubadlıda podratçının ödənişini vermir





A+  A-

Amal Qrup MMC 2024-cü ilin may ayında Qubadlıda Zilanlı kəndinin tikinti quruculuq işləri ilə bağlı tender nəticələrinin qalibi olub. Nəticələrə əsasən Amal Group Qubadlının Mahrızlı və Zilanlı kəndlərini inşa etməli və hətta bir müddət öncə təhvil verməliydi.

Ancaq şirkət dövlətdən aldığı pulları mənimsəyərək digər yarım qalmış işlərinə yönləndirib, aylarla ərazidə tikinti işlərini həyata keçirən şirkətləri isə ödənişlərini verməyib. Nəticədə 100-lərlə işçi zəhmətinin haqqını ala bilmədiyi üçün Qubadlıda etiraz aksiyaları keçirmiş, ödənişlərini almayacaqları təqdirdə özlərini yandıracaqları ilə hədələmişlər. Baş verən hadisələr video lentə alınaraq sosial şəbəkələrdə paylanılmışdır.

Lakin etiraz aksiyaları "tez bazar" yatışdırmaq, baş verən qanunsuzluqların çox "səs küyünün" çıxmamasını arzu etməyən Amal Group rəhbərliyi hardansa bir neçə yüz min manat pul taparaq qanunsuz şəkildə işçilərə ərazidə nəğd ödənişlər həyata keçirərək ödəmişdir. Halbuki bu qanunsuzluq hım də cinayət faktıdır.

Şirkətin qanunsuzluqları bununla bitməmiş müqavilə imzaladığı şirkət və subpodratçı şirkəti də 3 ay ərazidə ağır şərtlər altında işlətmiş , onların da gördüyü işləri heçə sayaraq ödənişlərini həyata keçirməmiş, nəticədə Upsilon MMC həm işçilər həm də dövlət qarşısında ciddi şəkildə borclanmışdır. Məhz bu səbəbdən Upsilon şirkətinin 200.000- manatdan çox dövlətə qarşı borcu yaranmışdır. Beləliklə dövlətin vəsaitini məqsədinə uyğun xərcləmədiyi üçün Amal Group qanunsuzluq etmişdir. Artıq bununla bağlı rəsmi strukturlara Upsilon MMC rəhbərliyə tərəfindən müraciət olunmuşdur.

Bu azmış kimi şirkət digər bölgələrdə fəaliyyət göstərən istehsal müəssisələrinə, işə götürdüyü briqadalara da ödəniş etməmiş, "arxamda gücüm var" deyərək hər kəsə meydan oxumaqda, meydan sulamaqdadır. "Burda mənəm bağdadda kor xəlifə" məsələsi ilə davranan şirkət bugünə qədər Upsilon şirkətinə yaranmış olan 2 milyona yaxın vəsaiti ödəməkdən boyun qaçırır.

Bu azmış kimi Upsilon şirkətinə məxsus əmlakları mənimsəyən, özlərində faktiki girov saxlayan Amal Group rəhbəri Orxan İbrahimli nə qanun tanıyır nə qayda.

Yalnız hər bəhanə ilə ödəmə etməyən, başqa şirkətə məxsus avadanlığı mənimsəyən faktiki olaraq girov saxlayan və öz qaydalarına diqtə etdirməyə çalışan Orxan İbrahimli vəzifə səlahiyyətlərindən istifadə edərək nə müqavilə şərtinə əmək edir, nə də Upsilon MMC-yə məxsus əmlakları qaytarmaqdan imtina edir.

İndi sual olunur dövlət vəsaitini məqsədinə uyğun xərcləməyən, tenderdən qazandığı pulu işi ivra edən şirkətə ödəməyən , subpodratçının inventarlarını girov saxlayan və ya mənimsəyən şirkət öz qanunsuzluqlarına necə haqq qazandıracaq və kimə güvənərək bu addımları atır?

Qeyd: İstənilən şəxslərə bu haqda rəsmi sübutları təqdim etməyə də hazıram.

Rəşad Quliyev
UPSİLON MMC-nin səlahiyyətli nümayəndəsi


Xəbər 2853 dəfə oxunub.




12.07.2025  00:30 

İsrail atəşə tutuldu

12.07.2025  00:25 

Cəlilabadda yaşayış evi yanıb

11.07.2025  23:25 

Dənizdə batan şəxs xilas edildi

11.07.2025  22:58 

Anar Abdullayev həbs olunub

11.07.2025  17:06 

Güclü, amma “səssiz“ OLİQARX

11.07.2025  16:28 

Rusiya PUA-sı Litvada vurulub?


BÜTÜN XƏBƏRLƏR +