Ukraynalıların neçə faizi Zelenskiyə inanır?
İlham Əliyev britaniyalı naziri qəbul edib
Kiyev və Vilnüs birgə silahlar istehsal edəcək
Vladimir Bazarov saxlanılıb
İsveç ASC 890 təyyarəsini Ukraynaya təhvil verdi
Bakı və Abşeron toza büründü
Yanğına görə sahibkarlara ziyanı kim ödəyəcək?
İranda xüsusi təyinatlılara hücum olub
Avtobusda sürücü və sərnişin arasında dava - VİDEO
Zelenski Azərbaycana təşəkkür edib


22.07.2025  15:22 

Xorvatlar “Qarabağ“ın yeni transferini niyə ələ saldılar?





A+  A-

Ağdam təmsilçisi "Dinamo Zaqreb"in müdafiəçisi Sami Mmaini birillik icarəyə götürüb. Xorvatiyalı azarkeşlər 27 yaşlı futbolçunun "Qarabağa" keçidindən sonra "köhlən atlar"a dırnaqarası təşəkkür ediblər.

XəzərNews.az Oxu.Az-a istinadla xəbər verir ki, zaqreblilərin futbolçu ilə vidalaşma paylaşımına və "Qarabağ"ın transfer xəbərinin altına çoxsaylı rəylər yazılıb.

Şərhlərin ümumi tonu bir məqamda birləşir: azarkeşlər Sami Mmaidən qurtulduqları üçün sevinirlər.

"I want you good luck. I`m Dinamo fan and Sammy is not good player" - "Uğurlar arzulayıram. "Dinamo" azarkeşiyəm və Sami yaxşı futbolçu deyil".

"That was the worst CB player in Dinamo Zagreb history... thank you Qarabag, you will see pure quality" - "Bu, "Dinamo" tarixinin ən pis mərkəz müdafiəçisi idi... Təşəkkürlər, "Qarabağ". Siz "xalis keyfiyyəti" görəcəksiniz".

"Thank you, Qarabagh, thank you, thank you… you will have `fun` with your new `player" - "Təşəkkürlər, "Qarabağ". Təşəkkürlər, təşəkkürlər… Yeni "oyunçunuzla" çox "əylənəcəksiniz".

"Thank you so much Qarabag" - "Çox sağ ol, "Qarabağ".

"Kada sam gledao Sammyija, ozbiljno sam počeo vjerovati da bi netko sa ulice više dao obrani Dinama samo ostavljanjem srca na terenu" - "Samiyə baxanda ciddi şəkildə düşünməyə başlamışdım ki, küçədən birini gətirsələr, təkcə ürəyini ortaya qoymaqla "Dinamo"nun müdafiəsinə daha çox töhfə verər".

"Dugo ovako loš igrač nije bio u Dinamu" - "Uzun zamandı, "Dinamo"da bu qədər zəif bir oyunçu olmamışdı".

"Uzmite ga Azeri i imajte ga 20 godina još" - "Onu götürün, azərbaycanlılar, 20 il də saxlayın".

Qeyd edək ki, peşəkar karyerasına Belçikanın "Standart" klubunda başlayan Sami Mmae daha sonra Niderlandın "Maastrixt", Belçikanın "Sent-Truden", Macarıstanın "Ferentsvaroş" və son olaraq Xorvatiyanın "Dinamo" (Zaqreb) komandalarında çıxış edib. O, 2024/25 mövsümünün UEFA Çempionlar Liqasının pley-off mərhələsində məhz "Qarabağ"a qarşı hər iki oyunda da əsas heyətdə yer alıb və 90 dəqiqə meydanda olub. Beynəlxalq arenada isə Mərakeş millisinin heyətində 10 oyuna çıxıb.


Xəbər 851 dəfə oxunub.



25.08.2025  11:11 

Norveçin baş naziri Kiyevə gəlib

25.08.2025  10:35 

Vladimir Bazarov saxlanılıb

25.08.2025  10:25 

Bakı və Abşeron toza büründü

24.08.2025  00:38 

İranda zəlzələ gözlənilir?

24.08.2025  00:22 

Aktyorun iki qızı tələbə oldu


BÜTÜN XƏBƏRLƏR +