Üç nüvə dövləti ABŞ-a qarşı - Fövqəladə iclas çağırıldı
Məhkəmə Fatih Altaylının həbsinə qərar verdi
Yəmən İran və İsrail müharibəsinə qoşulur
Amerikanın vurduğu ərazilərdə yüz minlərlə əhali yaşayır
ABŞ İranı vurdu
“Elite Marıne PTE. LTD.“-nin 1,2 milyon manata yaxın vergi borcu var
Cəlilabadda qəza... - Ölən var
“Qismət-M House” MTK ağacları kəsib
DTX tərəfindən saxlanılan sabiq başçı həbs edildi
İran danışıqlar aparmayacaq - Əraqçi


22.12.2022  10:39 

A bəy, qadan alım, niyə ağlayırsan?





A+  A-

Seymur Talıbov atasının istefası səsə qoyulanda ağlayıb. A bəy, qadan alım, niyə ağlayırsan? 27 il balaca ömür deyil axı. Bütün bu illər ərzində kef eləmisiniz, bəs deyil?

Mən balaca uşaq idim. Atam yağışlı günlərdə dərs dediyi məktəbdən evimizə gələndə yaş corablarını çıxarıb pletkanın altında qurudurdu. Ayaqqabısı su keçirirdi. Müəllim maaşı ağzımızın çörəyini güclə çatdırırdı deyə özünə təzə ayaqqabı ala bilmirdi.

Belə əzab-əziyyətlə üç övlad böyüdüb. Şükür, sənin atan əziyyət çəkməyib. Bəs niyə gözlərin dolub? Mənim atam o vaxt yazdığı şeirlərin birində özünü belə təsvir edir:

Kartofu da borc aldım.
Kartofsatana dərs demişdim.
Kartofsatan baxdı mənə
İstədi deyə, ay müəllim,
O 3 nə idi vermişdin mənə?

Tez yavaşca sürüşdüm,
Bazardan balıq alırdı,
Borclu olduğum kişi.
Yanından keçəndə
İstədim içəm,
Heç kəs mənə baş qoşamasın.

Almasatan söz atdı mənə,
Yadıma oğlumun dişləri düşdü.
Qurd yemişdi,
Almanın həsrətindən.
Alma da qurdlamışdı,
Oğlumun həsrətindən.

Alma qızarmışdı bahalığndan,
Almasatan yox,
Bir manat da pulum yox.
Bazar sinif otağıydı,
Bu ehtiyac bazarında,
Şagirdlərim müəllim idi,
Mənsə şagird.

Bəs sənin atan öz həyatını necə təsvir edərdi? Sən bu balaca şeirdə Azərbaycan insanının, Azərbaycan müəlliminin əzabını, ağrısını əminəm ki, başa düşməzsən. Çünki yaşamamısan, bilmirsən. Azərbaycan xalqı isə neçə illərdir bu əzablarla yaşayıb ki, sizin kimiləri heç nədən korluq çəkməsin.

Başına dönüm, az qulluq eləmişik? Yoxsa qulluğumuz zəif olub? Hansı arzun gözündə qalıb? Nə istəmisən, amma həyata keçməyib? Yoxsa qədrinizi bilməmişik? Atan əvəzsiz bir insan olub. Onun xalqımız qarşısında xidmətləri danılmazdır. Sən özün isə böyük elmi-fəlsəfi dünyagörüşə malik bir mütəfəkkirsən. Göz yaşların ürəyimizin başına od salır. Dözmək olmur. Səmimi de, xahiş edirəm. Sənin üçün daha nə eləyə bilərik?

Gücümüz 27 ilə çatdı. Bizdən olsa ömrümüzün hamısını sizə verərdik. Bundan artığını bacarmadığımız üçün bizi bağışla, Seymur bəy.

Kəramət Böyükçöl

Xəbər 2860 dəfə oxunub.




22.06.2025  12:39 

ABŞ İranı vurdu

21.06.2025  21:45 

Cəlilabadda qəza... - Ölən var

20.06.2025  19:40 

Ceyhun Bayramov İstanbula gedib

20.06.2025  12:27 

Nikol Paşinyan Ankaraya gedib


BÜTÜN XƏBƏRLƏR +