Qumar oyunları təşkil edən şəbəkə ifşa olundu - ƏMƏLİYYAT
Onlar üçün ictimai nəqliyyat pulsuz ola bilərmi?
Gəlirlər 38.4, xərclər isə 41.5 milyard manat: Fərqi necə qapadacağıq?
Rusiya Ukraynaya yüzlərlə meyit qaytardı
Mourinyo rəsmən “Benfika”ya gəldi
Eyfel qülləsi bağlanıb
“Papa Johns“dan “papadias” aldı, içindən görün nə çıxdı?
Kişi olmadığını məhkəmədə sübut edəcək
Hökmran mövqe verilməsi yolverilməzdir - Ekspert
“Parkovşik“ işləyən futbolçu...


05.01.2023  07:41 

Zelenskidən Baxmut açıqlaması





A+  A-

Yanvarın 4-də Ukraynanın dövlət başçısı Vladimir Zelenski Prezident Aparatının “Facebook” səhifəsində yerləşdirdiyi axşam videomüraciətində “düşmənə çoxsaylı itkilər verən” və “işğalçıları darmadağın edən” Ukrayna hərbçilərinin Baxmut istiqamətində olduğunu qeyd edib.

XəzərNews.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, bu, yaxşı nəticədir və mən buna görə minnətdaram: "Hər bir belə nəticə və düşmənin Baxmut istiqamətində və ümumilikdə Donbassdakı uğursuzluqlarının hər günü işğalçı dövlətin əhəmiyyətli dərəcədə zəifləməsidir. Yeni il və müdafiəçilərimiz bir daha uğur nümayiş etdirdi”.

Zelenski bildirib ki, işğalçılar Donetsk vilayətində qüvvələrini daim artırırlar:

"Onlar bunu indi də edirlər. Kaş cəbhədən gələn bu cür xəbərlər hər kəsdə reallıq hissini bərpa edə bilsəydi. Rusiya, biz bunu mümkün qədər təmin etməli olacağıq”.

Eyni zamanda prezident əlavə edib ki, bu, “çətin və ağrılı işdir”.

"Amma başqa cür mümkün deyil. Terrorçular özlərini gücləndirmək üçün hər şey etməyə çalışsalar da, uduzmalıdırlar", - deyə Zelenski vurğulayıb.

XəzərNews.az

Xəbər 2488 dəfə oxunub.




18.09.2025  16:18 

Eyfel qülləsi bağlanıb

18.09.2025  13:02 

Prezident Marta Kosu qəbul edib

18.09.2025  10:15 

“Netflix“ Bakıya gəlir

17.09.2025  17:57 

Hərbçimiz qəzada həlak olub


BÜTÜN XƏBƏRLƏR +