Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


01.09.2023  17:46 

Şuşada Yuxarı Gövhər Ağa məscidinə təyin olunan imam kimdir?





A+  A-

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının müvafiq əmri ilə Mirəbdullah Məzahir oğlu Həsənli Şuşa rayonunun imamı vəzifəsindən Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidinin imamı vəzifəsinə rotasiya edilib.

XəzərNews.az xəbər verir ki, o, yaxın günlərdə Şuşa şəhəri Yuxarı Gövhər Ağa məscidində fəaliyyətə başlayacaq.

Mirəbdullah Məzahir oğlu Həsənli 11 mart 1976-cı ildə Şuşa şəhərində anadan olub.

İbtidai dini təhsilini babası ruhani Seyid Sadıqdan alıb. 1992-ci ildə Nəcəf bəy Vəzirov adına Şuşa şəhəri 2 nömrəli orta məktəbi bitirib. Həmin il Bakı İslam Universitetinə qəbul olub. 1996-cı ildə bu Universiteti axund, şəriət müəllimi ixtisası üzrə bitirib. 1997-ci ildə Şuşa Mədəni-Maarif Texnikumunda “İslam tarixi, milli əxlaq və dəyərlər” fənnini tədris edib. 2005-2006-cı illərdə həqiqi hərbi xidmət keçib.

Gənc yaşlarından Şuşa şəhərində, işğal dövründə isə Bakı şəhərində şuşalıların yaşadığı ərazilərdə dini ayinlərin, yas mərasimlərinin icrası ilə məşğul olub.

2016-cı ildə Şuşa rayonu üzrə imam vəzifəsinə təyin olunub.




Xəbər 8427 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +