İmkanlı azərbaycanlılar Rusiyanı tərk edirlər
Əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu onların işidir - Hikmət Hacıyev
Şirkətimin ofisində heç bir axtarış aparılmayıb - iş adamı
“Oleq Bakinski”yə HÖKM OXUNDU
Abşeronda yanğın oldu - Video
Allahverdi Yolçuyevin küçələrdə corab satması... - Açıqlama
Əsirlikdə işgəncələrə məruz qaldım - Məhkəmə
Pirşağı çimərliyində ölüm çuxurlarını kim qazdırır?
Sənəti küçəyə atılan məşhurlar...
Binanın altına vurulan beton yolu SIRADAN ÇIXARDI


27.12.2022  09:45 

Türkiyə Talıbovun işdən çıxarılmasını təklif edib?





A+  A-

“Vasif Talıbovun vəzifədən getməsi məncə, daha çox xarici amillərlə bağlı məsələyə oxşayır. Xüsusilə, PKK və İŞİD-lə bağlı. Eləcə də Rusiya və İran məsələsi var, Azərbaycan əleyhinə iş aparıla bilərdi. Talıbovu İran və Rusiya ilə oyunlarına, Türkiyənin əleyhinə apardığı işlərə görə çıxarıblar. Yəni, siyasi səbəblərdən”.

XəzərNews.az xəbər verir ki, bunu Azpolitika-ya müsahibəsində ADP sədri sərdar Cəlaloğlu deyib. O, bildirib ki, eşitdiyinə görə, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) Talıbovun işdən çıxarılmasını təklif edib:

“Yəni, bu adamın təhlükəli olduğu, Naxçıvana rəhbər kimi qalmasının Azərbaycan-Türkiyə yaxınlaşmasına mənfi təsir edəcəyi, eləcə də İran və Rusiyanın bölgədə müəyyən oyunlar qurmasında rol alacağı qənaətinə gəlinə bilərdi. Əslində, II Qarabağ müharibəsinin sonlarında, noyabrın 9-da Naxçıvan ərazisi yaxınlığında Rusiya helikopterinin vurulması bunun əyani sübutlarından biridir”.

S. Cəlaloğlu Naxçıvanda Rusiya helikopterinin vurulmasında da Vasif Talıbovun iştirakını istisna etməyib:

“Helikopter Naxçıvan istiqamətində vurulub, bu günə qədər bilinmir ki, niyə vurulub və belə bir əmri kim verib.

İkincisi, bir dəfə Tehran televiziyası iddia etmişdi ki, guya Naxçıvandan bir qrup adam “Naxçıvanın İrana qatılması” haqda müraciət edib. Amma qəribədir ki, nə Vasif Talıbov bu haqda danışdı, nə də belə bir saxta məktubun olması təkzib olundu. Ümumiyyətlə, İlham Əliyevə və Azərbaycan dövlətinə qarşı İranın təhdidlərinə Naxçıvandan nə bir deputat, nə də bir ziyalı ağzını açıb cavab vermədi. Mən İranla qarşıdurma dövrünü nəzərdə tuturam. Bunun özü göstərir ki, İranla onların yaxşı əlaqələri olub. Bu səbəbdən də dövlətin maraqları onlar üçün ikinci dərəcəli idi”.

Xəbər 2464 dəfə oxunub.




25.07.2025  18:00 

“Oleq Bakinski”yə HÖKM OXUNDU

25.07.2025  17:08 

Prezident fərman imzaladı

25.07.2025  16:21 

Abşeronda yanğın oldu - Video

25.07.2025  13:08 

Sabah 40 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +