Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


04.01.2022  12:36 

YALTAQLIQ KÖNÜLLÜ İŞDİR





A+  A-

Prosesin iştirakçıları yaltaqlıq edən şəxs və yaltaqlıq edilən şəxsdir.

Xeyirxah insandan yaxşı söz eşitmək yaltaqdan yüksək tərif eşitməkdən qat-qat qiymətlidir.

Hədisi-şərifdə buyurulur: “Leysə min xuluqi-l-mu᾿mini-l-məlaqu” (Yaltaqlıq möminin əxlaqına ziddir). Ərəb dilində yaltaqlıq “məlaq”, “təməlluq”, yaltaq isə “məliq”, “məllaq” və ya “mutəməlliq” və s. kimi sözlərlə ifadə olunur. Məsələn, ərəblər deyir ki, “Məllaqın səmimiyyətinə və dostluğuna inanılmaz”. Yaltaqlıq (sycophancy) – yarınmaq sindromudur. Prosesin iştirakçıları yaltaqlıq edən şəxs və yaltaqlıq edilən şəxsdir.

Yaltaqlıq könüllü işdir. Yəni yaltaqlıqda məcburiyyət yoxdur. Yaltaqlıq aktının verdiyi zövqdən həm “subyekt”, həm də “obyekt” eyni dərəcədə məmnun və xoşhal olurlar. Hətta bu “ləyaqətli” işə “Mən sənin qulluğunda dururam, sən də mənim qulluğumda dur!” (I scratch your back, and you scratch mine) prinsipi ilə yanaşırlar.

Yaltaqlıq qarşılıqlı maraq layihəsidir. Yaltaqlar və bundan zövq alanlar qarşılıqlı surətdə bir-birindən asılıdırlar. Birincilər sonuncuların hesabına öz xudbin niyyətlərini reallaşdırır, sonuncular isə birincilərin köməyi ilə qazandıqları mövqelərdən davamlı istifadə etməyin zövqü ilə yaşayır. Hər ikisi (yaltaq və yaltaqlanılan) Siam əkizlərinə bənzəyir. Hər ikisi yaşamaq uğrunda ümumi marağa sahibdirlər. Yaltaqlar həmişə saxta sədaqət nümayiş etdirir, həddən artıq fəsahətli üslubları ilə seçilirlər (təbii ki, məddahlıq etməkdə).

Yaltağın yaltaqlanması açıq-aşkar təhlükəlidir, çünki o, yalan təsəvvür yaradaraq öz təhqiramiz potensialını gizlədir. Yaltaq (sycophant) – prototip bədniyyətdir.
Yaltaq, adətən, imkanlı, nüfuzlu və “mühüm” şəxslərə yaltaqlanmaqla xeyrini güdən şəxsdir. Hər kəs öz yaxşı işləri, gözəl görünüşü, faydalı səyləri və xeyirxah məziyyətləri ilə sevinə bilər. Ona sən yaxşı iş görmüsən dedikdə, bu onu gələcəkdə daha yaxşı işlər görməyə ruhlandırır. Xeyirli və yaxşı işlər görməyə ruhlandırmaq çox mühümdür.

Amma bu, yaltaqlıq, xüsusən də şəxsin müsahibinə dediyindən fayda umması şəraitində boş və mənasızdır. Hər kəs özünə xüsusi varlıq kimi baxılmasını istəyir.

Şəxsi maraqlarını güdərək yaltaqlıq edən kəslərə etibar etmək olmaz. Xeyirxah insandan yaxşı söz eşitmək yaltaqdan yüksək tərif eşitməkdən qat-qat qiymətlidir. Əli ibn Əbu Talib (r.) əbəs yerə deməyib: «Yaltaq adamın sevgisindən xeyir yoxdur. Onun dili şirin olsa da, qəlbi qeyzdən alışıb yanar».

Allah yaltaqların şərrindən qorusun! Amin...

İdris Abbasov

Xəbər 3053 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +