Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


23.04.2021  18:16 

Havadakı toz axşam saatlarından etibarən azalacaq





A+  A-

Bu gün Bakı və Abşeron yarımadasında gecə və səhər saatlarında tozun miqdarının normadan 5.9 dəfə çox olduğu qeydə alınıb.
Milli Hidrometeorologiya Xidmətindən XəzərNews.az-a verilən məlumata görə, 22 aprel tarixində isə gün ərzində tozla bağlı orta çirklənmə, günün bəzi saatlarında isə yüksək çirklənmə səviyyəsi qeydə alınıb. Belə ki, tozun orta sutkalıq qatılığı normadan 3.2, günün bəzi saatlarında isə 4.7 dəfə yüksək olub.

Qeyd edək ki, müşahidə olunan tozlu hava şəraiti lokal xarakter daşıyır. Tozlu havaya səbəb şimal-qərb küləyinin güclənməsi nəticəsində istehsal sahələrində və torpağın üst səthində formalaşan toz kütlələrinin atmosferin yuxarı təbəqələrinə qalxmasıdır.

Bakı və Abşeron yarımadasında müşahidə olunan güclü şimal-qərb istiqamətli küləyin axşam saatlarından başlayaraq tədricən zəifləməsi (8-13 m/s) nəticəsində havada olan tozun konsentrasiyasının azalması gözlənilir.

Xəbər 3795 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +