Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


22.04.2021  15:38 

Zəngəzurda Paşinyana etirazlardan sonra saxlanılanlar var





A+  A-

Ermənistanın Sünik bölgəsində (Zəngəzur - red.) əməliyyat-axtarış fəaliyyətinin nəticələrindən sonra bir neçə vətəndaş hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan Baş Polis İdarəsinin rəis müavini Ara Fidanyan jurnalistlərə açıqlamasında bildirib.

Bundan əvvəl səhər saatlarında isə Mehri şəhərinin meri Mxitar Zakaryanın hüquq-mühafizə orqanları tərəfindən İrəvana aparıldığı açıqlanmışdı.

Fidanyan barəsində cinayət işi başlanılmış Zakaryanın prosessual vəziyyəti barədə suala cavabında bildirib ki, bu, istintaq prosesindən sonra aydınlaşdırılacaq. Onun sözlərinə görə, vətəndaş hüquq-mühafizə orqanlarına aparıldıqdan dərhal sonra prosessual status ala bilmir.

“Əgər hərəkətlərində cinayət tərkibinin olmadığı ortaya çıxsa, ona qarşı heç bir tədbir görülməyəcək”,-deyə Fidanyan əlavə edib.

Xatırladaq ki, ötən gün Ermənistan Baş naziri Nikol Paşinyanın ölkənin cənubuna səfəri etirazlarla müşayiət olunub. Sünik bölgəsinin Əkərək kəndində Paşinyan “Nikol vətən xainidir”, “Nikol, get!” şüarları ilə qarşılanıb.

Təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurma yaşanıb. Kəndi tərk etməyə məcbur qalan Paşinyan Mehri və Kəcəranı ziyarət etməkdən də imtina etməli olub. Ermənistan mətbuatında gedən məlumatlara görə Paşinyan təhlükəsizlik qüvvələrinin rəhbərlərinə Mehri və Əkərək şəhərlərindəki etirazların təşkilatçılarını cəzalandırmağı tapşırıb.

Xəbər 3195 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +