Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


01.04.2021  10:19 

Myanmada vətəndaş müharibəsi baş verə bilər - BMT





A+  A-

Myanmada vətəndaş müharibəsi baş verə bilər.
XəzərNews.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibinin Myanma üzrə xüsusi nümayəndəsi Kristin Şraner bildirib.

“Gözümüzün önündə Myanmada mülki əhaliyə böyük miqyaslı və sistematik hücumlar olur. Hərbçilər çox qəddardır və bu, vətəndaş müharibəsi ehtimalını artırır”, - Şraner BMT TŞ-də qapalı məsləhətləşmələr zamanı bildirib.

Onun sözlərinə görə, fevralın 1-dən artıq 520-dən çox insan təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında gedən qarşıdurmaların qurbanı olub.

Şraner Myanmada böyük miqyaslı fəlakətin qarşısının alınması üçün BMT Təhlükəsizlik Şurasını sərəncamında olan bütün vasitələrdən istifadə etməyə çağırıb.

Xəbər 3144 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +