Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


30.07.2018  11:26 

Bu il 91 mindən çox abituriyent ixtisas seçəcək





A+  A-

"Bu gün günorta saatlarında universitetlərə ixtisas seçimi başlayacaq. Builki qəbul imtahanlarında 74 438 nəfər iştirak edib. Ümumilikdə 91 498 nəfər ixtisas seçimində iştirak edəcək".
XəzərNews.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, onlardan bəziləri V ixtisas qrupuna sənəd verənlərdir və I və IV qrupa imtahan verməyib:

"Onlar buraxılış imtahanları nəticəsi əsasında keçiblər. Avqustun 9-na qədər qabiliyyət imtahanı davam edəcək. Bu imtahanlar üçün 8277 nəfər qeydiyyatdan keçib. 14 015 nəfər komissiyada iştirak edəcək. 2378 nəfər isə kollecə ixtisas seçimi edəcək".

M.Abbaszadə qeyd edib ki, hər bir şəxsin bir ixtisas kodu dəyişirsə yerləşdirmədə müəyyən problemlər ortaya çıxır: "Təəssüf ki, kodların seçilməsi prosesi başlayır və yarım saatdan sonra bizə müraciət edirlər ki, seçimi ləğv edin. Deyirlər ki, yenilərini seçəcəyik. Burdan müraciət edərək bildirirəm ki, seçimlərini dəqiq etsinlər".

Xəbər 3224 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +