Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


27.07.2018  13:11 

İsmayıllının prokuroru da həbs edildi





A+  A-

İki gün öncə vəzifəsindən çıxarılan və böyük köməkçisi həbs edilən İsmayıllı rayon prokuroru Ülvi Abbasov da saxlanılıb.
XəzərNews.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, prokuror Ü.Abbasovun barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, təcridxanaya köçürülüb.

Ü.Abbasov da köməkçisi Faiq Quliyev kimi külli miqdarda və təkrar rüşvət almaqda ittiham edilib.

Baş Prokurorluğun yaydığı məlumata görə, adıçəkilən vəzifəli şəxslər iş adamları Azad Əliyev və Qalib Süleymanovdan Göyçay və İsmayıllı rayonlarda qum-çınqıl karxanalarının fəaliyyəti ilə bağlı aparılan araşdırmalar zamanı onlar barəsində cinayət işi başlanmaması üçün külli miqdarda rüşvət alıb. Hər iki biznesmen karxana sahibi olublar. Bu məsələ ilə bağlı araşdırmalar isə Göyçay rayonunda körpünün uçmasından sonra başlanılıb və məsələ prezident İlham Əliyevin nəzarətindədir.

Ülvi Abbasov 2016-cı ildə baş prokuror Zakir Qaralovun əmri ilə İsmayıllı rayon prokuror təyin edilib. Ondan əvvəl isə Binəqədi rayonunda prokuror köməkçisi kimi çalışıb.

Xəbər 3403 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +