Ərdoğan Kamran Əliyevi qəbul edib
Xanəlizadə İranı Türkiyəyə zərbə vurmağa çağırdı
Dənizdə daha 1 nəfər batdı - Rəsmi
Azərbaycanlı hərbçi Kiyevdə dəfn olundu
Vilayət Eyvazovun adından saxta açıqlama yayılıb
Özəl klinikada qanunsuzluq - Blogeri əməliyyat otağına saldılar
20 yaşlı fəhlə uçqun altında qalaraq ölüb
Azərbaycanın Ukrayna ilə bağlı mövqeyi bizə məlumdur - Peskov
Rusiya tərəfindən mənə deyilib ki... - Baş prokuror
Bu yolun təmiri üçün vəsait ayrıldı - Sərəncam


12.04.2018  12:32 

Azərbaycanda avtomobillər UCUZLAŞACAQ





A+  A-

Ötən ay Azərbaycan Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Həsən Ruhani tərəfindən Azərbaycan-İran biznes forumu çərçivəsində açılışı edilmiş “Khazar” Avtomobil Zavodu Neftçala Sənaye Məhəlləsindəki ən iri müəssisədir.
İqtisadiyyat Nazirliyindən bildirilib ki, zavod regionun inkişafında, yeni iş yerlərinin yaradılmasında, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun artmasında, eləcə də Azərbaycan-İran iqtisadi əlaqələrinin genişləndirilməsində əhəmiyyətlidir.

XəzərNews.az-ın məlumatına görə, iqtisadçı Vüqar Bayramov Modern.az-a bildirib ki, Azərbaycanda avtomobil istehsalının təşkil edilməsi qeyri neft sektorunda kifayət qədər innovativ müəssisənin istehsalı kimi qiymətləndirilməlidir:

“İllik 7 min avtomobilin istehsal edilməsi bir tərəfdən idxaldan asılılığın aradan qaldırılması baxımından vacibdir. Nəticədə idxal olunan avtomobillərin bir hissəsi yerli bazar hesabına ödəniləcək.

Bundan başqa, yeni brendin yaradılması ekonom avtomobillərin qiymətlərinə təsir göstərəcəyi gözlənilir. Neftçala Sənaye Məhəlləsi Azərbaycanın ilk sənaye məhəlləsidir və ölkə iqtisadiyyatında çox önəmli rol oynayır. Belə sənaye məhəllələrində Azərbaycan brendi ilə yeni və keyfiyyətli ixracyönümlü məhsulların istehsal olunması ölkəyə xarici valyutanın daxil olması baxımından çox vacibdir.

Ekspertin sözlərinə görə, Azərbaycana avtomobil qiymətlərinə təsir edəcək:

“Bu, ilk illərdə olmasa da, tədricən sonrakı illərdə xaricdən idxal olunan, ili köhnə avtomobillərin qiymətlərinin azalmasına gətirib çıxara bilər.

Amma 2018-ci il üçün ekonom avtomobillərdə qiymət azalması gözlənilmir. Nəticə etibarı ilə istehsalın gücləndirilməsi və bazara yerli məhsulların daxil olması ili köhnə olan və 2000-ci illər ətrafında istehsal olunan avtomobillərin qiymətlərində azalmalara gətirib çıxaracaq”.

Xəbər 4219 dəfə oxunub.




22.07.2025  13:10 

Əliyev Trampa təşəkkür etdi


BÜTÜN XƏBƏRLƏR +