Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


18.09.2017  09:57 

Güclü zəlzələlər olacaq





A+  A-

Kaliforniyada "İrma" qasırğasını belə unutduracaq zəlzələ gözlənilir. Milyonlarla insanın ölüm təhlükəsilə üz-üzə qalacağı proqnozlaşdırılır.
XəzərNews.az publika.az-a istinadən xəbər verir ki, alimlər güclü zəlzələnin Kaliforniyanı dağılma təhlükəsilə qarşı-qarşıya qoyacağını deyib. Zəlzələ nəqliyyatı iflic edəcək, mərkəzi yolları, körpüləri uçuracaq, onlarla şəhəri bir anda külə çevirə biləcək yanğınlara səbəb olacaq.

Keçən həftə son yüz ildə müşahidə olunan ən güclü zəlzələ Meksikanın payına düşüb. Kaliforniya da Meksika ilə eyni dərəcədə seysmik fəal zona hesab olunur. Amerikalı alimləri əsas narahat edən amillərdən biri də məhz budur.

ABŞ-a əsasən Meksikada ən güclü zəlzələ 8,1 bal gücündə olub.

Müqayisə üçün deyək ki, 1906-cı ildə San-Fransiskoda qeydə alınan 4 bal gücündə zəlzələ nəticəsində 3000 insan həlak olmuşdu.

Kaliforniyada gözlənilən zəlzələ Meksika ilə müqayisədə dəfələrlə çox dağıntılara və insan təlafatına səbəb olacaq. Bildirilir ki, zəlzələ nəticəsində həlak olanların sayı "Katrina" qasırğası zamanı ölənlərin (1800 nəfər) sayından çox olacaq.

Mütəxəssislər təhlükəni daha dəqiq rəqəmlərlə ifadə ediblər: baş verəcək yanğınlarda 900, binaların dağılması nəticəsində dağıntılar altında ən az 400, müxtəlif ağır dərəcəli xəsarətlərdən təxminən 250, nəqliyyatda isə yol qəzaları zamanı təxminən 150 nəfərin həlak ola biləcəyi ehtimal olunur. Milyonlarla insan evlərindən təxliyyə ediləcək.

Xəbər 3094 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +