Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


15.09.2017  15:29 

“Arif Əsgərovun oğlunun tapşırığı ilə Moskvaya getdim…”





A+  A-

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Emil Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Zeynal Ağayevin icraatında olan prosesdə baxış iclası keçirilib.

Şahid qismində ifadə verən Elşad Yusifov deyib ki, Arif Əsgərovun oğlu Elnarın tapşırığı ilə Moskvaya gedib: “Mən Emil Hüseynovla bir yerdə getdim, Elnar müəllim ikimizi də göndərmişdi. Orada Səbuhi adla şəxslə görüşdük, işlə bağlı danışdıq. Səbuhinin Elnara külli miqdarda borcu olduğunu da sonradan bildim”.

Digər şahid Elmar Qasımov deyib ki, qayınatasına 27 min borc pul verib: “Qayınatam Namiq dedi ki, pulu Emil Hüseynova verib, iş gördükdən sonra qaytaracaqdı”.

Məhkəmə prosesi sentyabrın 22-də davam etdiriləcək.

Məlum olub ki, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

E.Hüseynov istintaq dövründə ev dustaqlığındadır. O, özünü qismən təqsirli bildiyini deyib.

Qeyd edək ki, təqsirləndirilən E.Hüseynov “Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi, sonra isə nəqliyyat nazirinin müavini olmuş Arif Əsgərovun baldızı oğludur.

(qafqazinfo.az)

Xəbər 3127 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +