Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi


20.06.2017  08:53 

Bakıda kredit borcu olan şəxs girov götürüldü - VİDEO





A+  A-

Paytaxtın Nizami rayonunda yaşayan Bəhruz Sadiqi 2 il əvvəl bankdan kredit götürüb. Lakin ödənişdə gecikmələr olduğu üçün bank tərəfindən məhkəməyə verilib.
XəzərNews.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, Bəhruz Sadiqi də icra məmuru ilə danışaraq deyilən məbləği ödəyəcəyini bildirib. Lakin bank kollektor agentliklərdən birinə müraciət edərək, Bəhruz Sadiqidən kredit borcunu almasını istəyib. "Bakı Kollektor Agentliyi"nin əməkdaşları da bu gün səhər onu razılığa gəlmək üçün ofisə dəvət ediblər.
Bəhruzun sözlərinə görə, telefonda mülayim danışsalar da, ofisə çatdıqdan sonra ona müxtəlif təzyiqlər göstərməyə başlayıblar. Hətta mobil telefonunu əlindən alaraq bir neçə saat girov da saxlayıblar.
Günorta isə ona başqa bir telefon veriblər ki, zəng vurub pul istəsin.
Yalnız polis əraziyə gəldikdən sonra agentliyin əməkdaşları borcu ödəyəcəyinə dair ərizə yazdırdıqdan sonra Bəhruz Sadiqini buraxıblar.
Məsələ ilə bağlı "Bakı Kollektor Agentliyi"nin də mövqeyini öyrənməyə çalışdıq. Lakin çəkilişə mane olmaqla yanaşı, suallarımıza cavab verməkdən də yayındılar. Ərazi üzrə Nəsimi rayonu 19-cu polis bölməsindən isə bildirildi ki, Bəhruz Sadiqi və yoldaşları bölməyə dəvət ediliblər, araşdırma aparılır.


Xəbər 2768 dəfə oxunub.






BÜTÜN XƏBƏRLƏR +