Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


17.04.2017  18:37 

“Boavişta“ klubu Kamran Ağayevlə yollarını ayırdı





A+  A-

Portuqaliyanın "Boavişta" klubu futbol üzrə Azərbaycan milli komandasının qapıçısı Kamran Ağayevlə yollarını ayırıb.
XəzərNews.az-ın klubun rəsmi "Facebook" səhifəsinə istinadən verdiyi məlumata görə, 31 yaşlı qolkiperlə mövsümün sonunadək nəzərdə tutulan anlaşma pozulub.
Qərarın dərhal qüvvəyə mindiyi açıqlanıb. "Boavişta" Ağayevə idmançı karyerasında və şəxsi həyatda uğurlar arzulayıb.
"A Bola" nəşri yazır ki, azərbaycanlı qapıçı "Benfika" ilə yanvarın 15-də keçirilmiş ölkə çempionatının XVII tur matçının sonunda rəqib futbolçularla dalaşdığı üçün 3 oyunluq cəzalandıqdan və elə həmin ay Vaqnerin transfer olunmasından sonra baş məşqçi Migel Lealın gözündən düşüb.
Qeyd edək ki, Kamran Ağayev "Boavişta"ya mövsümün əvvəllərində azad agent kimi keçib. O, 6-cı turdan etibarən meydana çıxmağa başlayıb. Ağayev çempionatda 12, ölkə kubokunda isə 2 oyunda forma geyinib.

Xəbər 4254 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +