Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


03.07.2025  11:33 

Rusiya Azərbaycandan konsulluq girişi tələb edir





A+  A-

“Azərbaycanda həbs olunan Rusiya vətəndaşlarına konsulluq girişi təmin edilməlidir”.

XəzərNews.az Rusiya mediasına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Solovyov Live” efirində çıxışı zamanı deyib.

Diplomat bildirib ki, o, Rusiyanın Azərbaycandakı səfiri ilə danışıb.

“Təəssüf ki, hələlik saxlanılan, həbs olunan şəxslərə konsulluq girişi təmin edilməyib. Biz hesab edirik ki, bu giriş təmin olunmalı, təmin edilməlidir”, - deyə Zaxarova vurğulayıb.

Zaxarova qeyd edib ki, Rusiya ilə Azərbaycan arasındakı münasibətlər strateji müttəfiqlik xarakteri daşıyır, lakin bu münasibətlər bəzi qüvvələrin xoşuna gəlmir.

Xatırladaq ki, iyunun sonunda Yekaterinburqda Azərbaycan vətəndaşlarının saxlanılması ilə bağlı hadisələrdən sonra iki ölkə arasında diplomatik gərginlik yaşanır. Bundan sonra hər iki ölkədə qarşılıqlı saxlanmalar baş verib.

Xəbər 386 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +