Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi


02.07.2025  17:39 

Niyə məhz azərbaycanlılar hədəfdə?.. - Açıqlama





A+  A-

"Kremlin nəzarətindəki jurnalistlərə yeni “tezis” verilib. “Tezisin” mahiyyəti budur ki, Yekaterinburqda öldürülənlər azərbaycanlı olsalar da, Rusiya vətəndaşıdırlar. Bu “tezisin” davamında bir ağızdan bu sualı səsləndirirlər: “Rusiya vətəndaşlarının həbsinin və onların öldürülməsinin Azərbaycana nə aidiyyatı var?” Yəni demək istəyirlər ki, Azərbaycan Yekaterinburqdakı hadisəyə reaksiya verməklə Rusiyanın daxili işlərinə qarışıb".

XəzərNews.az xəbər verir ki, bunu siyasi şərhçi Elxan Şahinoğlu bildirib:

"Birincisi, nə hikmətdirsə, Yekaterinburqda 27 iyunda həbs olunan, işgəncə görən və öldürülən Rusiya vətəndaşlarının hamısı azərbaycanlıdır. Deməli, bu məhz Rusiya vətəndaşı olan etnik azərbaycanlılara qarşı əməliyyat olub. Buna susmaq olmazdı. Deyirlər ki, həbslər 25 il əvvəlki kriminal hadisəylə bağlı olub. Bəs onda həbs olunanların əksəriyyətinə işgəncə verəndən, döyəndən sonra niyə sərbəst buraxıblar? Deməli, “kiriminal hadisə” bəhanədir.

İkincisi, Kreml ruporları “Azərbaycan Rusiya vətəndaşları olan azərbaycanlıların məsələsinə qarışmamalıdır” prinsipindən çıxış edirsə, özü niyə müxtəlif dövlətlərdə rusdilli əhalinin qorunması vacibliyindən danışır? Krımın ilhaqı və Ukraynaya qarşı işğalçı müharibə məhz “rusdillilərin qorunması” bəhanəsi ilə başlayıb. Halbuki, Kremlin istinad etdiyi həmin rusdillilər Ukraynanın vətəndaşları və ciblərində Ukrayna pasportu daşıyanlar idi. Kiyev də eyni arqumentən çıxış edərək sual səsləndirə bilər ki, “Ukrayna vətəndaşı olan rusların Kremlə nə dəxli var, daxili işimizə niyə qarışırsınız?”.

Kreml başqa “tezis” də ortaya atıb: “ Kiyev Azərbaycanla Rusiyanın arasını vurur”. Deməli, Rusiya mülki təyyarəmizi raketlə vurub, insanlarımızı öldürüb, daha sonra Yekaterinburqda soydaşlarımızı qətlə yetirib, bunlara görə üzr istəmək və günahkarları cəzalandırmaq əvəzinə Kiyevin guya Bakı ilə Moksvanın arasını vurduğunu iddia edir. Rusiya Prezidenti Vladimir Putinin etmədiyini Ukrayna Prezidenti Volodimir Zelenski edib, azərbaycanlı həmkarı İlham Əliyevə zəng edərək başsağlığı verib. Kiyev ara vurmayıb, Azərbaycana siyasi və mənəvi dəstəyini ifadə edib."

Xəbər 380 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +