Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi
Səkiləri sökür, parkinq edirlər - Foto
Sabah Bakıda yağış yağacağı ehtimalı var - Proqnoz
Xamenei müharibədən sonra ilk dəfə göründü - Video


21.05.2025  11:21 

Lavrovun Yerevanda etirazla qarşılanması təəccüblü deyil – Şərh





A+  A-

Xəbər verdiyimiz kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistana - Yerevana səfəri zamanı etirazla qarşılanıb. Məsələyə münasibət bildirən politoloq Mübariz Əhmədoğlu XəzərNews.az-a bildirib ki, hazırda iki diqqət çəkən prosesin baş verdiyini qeyd edib:

“Birincisi, S.Lavrov Ermənistana gəlməzdən öncə Rusiyanın R.Köçəryanı hakimiyyətə gətirmək mövzusu ciddi müzakirə olunurdu və indi də olunur. Ona görə S.Lavrovun səfərinə bu ultimatum səfəri kimi baxılır. Ermənistanın önünə şərt qoyulacaq. Qərbdən imtina etməli, Rusiya məkanına qayıtmalısan. S.Lavrovun səfərindən bir gün əvvəl Ararat Mirzoyan Aİ və Mərkəzi Asiya regionu ölkələrinin səfirləri qarşısında çıxışında Ermənistanın Qərbə yolunun geri dönməz olduğunu bildirdi. İkincisi isə S.Lavrovun səfərinə qarşı keçirilən etiraz aksiyasına avantüra hazırlamasıdır. Guya yolun kənarında S.Lavrovun səfərinə etiraz edənlər “Putin cinayətkardır” plakatını qaldıranlar S.Lavrova deyil, həmin vaxt İranın Müdafiə naziri Əziz Nəsirzadənin Ermənistana səfərinə etiraz edirmişlər. Rusiya tərəfinin bu avantürasında Əziz Nəsirzadəyə V.Putinin portreti ilə etiraz etmələrinin mahiyyəti anlaşılmır”.



M.Əhmədoğlu bildirib ki, Əziz Nəsirzadənin mesajları isə ayrıca şərh tələb edir:

“Baş verənlər Rusiyanın Zəngəzur mahalının həqiqi sahibinə qaytarılmasına inandırmalıdır. İnandırmayacaqsa ermənilər Rusiyanın təsir zonasından uzaqlaşacaqlar və Rusiyaya düşmənçilik mövqeyini davam etdirəcəklər. Bu ermənilər üçün o qədər də çətin deyil və vərdişi yoldur. Ruslar Ermənistana Azərbaycan torpaqlarının 20%-nin, Qarabağın işğalına imkan verdilər. Amma ermənilərin gözü doymadı. Bu mövzuda ən vacib SSRİ “erməni soyqırımını” tanıdı və bu “erməni soyqırımı” qlobal hadisə idi. RF Osmanlı imperiyasından erməniləri Cənubi Qafqaza gətirdi və “kiçik Ermənistan” adlı dövlət qurdu. Sonra “Sərqi Ermənistan” - indiki Ermənistan belə yaranıb. Qarabağ ermənilərini Azərbaycan ərazisinə köçürdü, Azərbaycan xalqının az qala başına çıxarmışdı. Ermənilər bütün bu işlərin heç birinin dəyərini bilmədi. Yenə ermənilər SSRİ-yə və sonradan ruslara xəyanət etdilər. Ona görə Rusiya Ermənistanla ayrı variantda rəftar etməlidir. Putinin Ermənistana bunlar qədər töhfə vermək imkanı yoxdur. Qriboyedovu öldürənlər, sovet dövründə Moskva metrosunda terror təşkil edənlər, Qərb SSRİ pulunu kəsənlər, “İvan çamadanını götür, get evinə” deyənlər məhz ermənilər idi”.


Xəbər 2385 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +