Tramp Maskın yeni partiyasına sərt reaksiya verib
Xaricdəki diplomatlarımız Bakıya çağırılıb
Yasamalda qəza, yollarda sıxlıq yarandı
Dövlətə məxsus parkinq binasını kim özəlləşdirib?
Generalın qızı hökuməti ittiham etdi
Azərbaycan dili kasıb-kusubun, “çuşkaların“ dilidir
Hindistan Türkiyənin düşmənlərini özünə dost bilir?
Mobil telefon, “ağıllı” saat - Qovuldular
Bakıda ağac avtobusun üzərinə aşıb
Poroşenkoya Ukraynadan çıxmağa icazə verilmədi


20.03.2024  10:51 

Tahir Mirkişili Avronest PA-nın komitə sədri seçilib





A+  A-

Azərbaycan Avronest Parlament Assambleyasının (PA) Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinə sədrlik edəcək.

Xəzərnews.az xəbər verir ki, Belçikanın Brüssel şəhərində keçirilən Avronest Parlament Assambleyasının 11-ci sessiyasında komitələrin məruzələri dinlənilib, yeni komitə sədrləri seçilib və növbəti məruzələrin mövzuları müəyyən edilib.

Sosial məsələlər, işsizlik, təhsil, mədəniyyət və vətəndaş cəmiyyəti komitəsinin iclasında sədrlik növbəti 1 il üçün Azərbaycana keçib. Komitənin sədri Azərbaycan nümayəndə heyətinin sədri Tahir Mirkişili seçilib.

Komitə iclasında çıxış edən deputatlar Soltan Məmmədov və Nurlan Həsənov Ermənistandan qovulan azərbaycanlıların hüquqlarının bərpası, işğaldan azad edilmiş ərazilərdə mina qurbanlarının sayının artması məsələlərini qaldırıblar.

Növbəti məruzə üçün Azərbaycan və Ukrayna nümayəndə heyətinin birgə təqdim etdiyi "Ukraynada və digər Şərq Tərəfdaşlığı ölkələrində konfliktlərdən təsirlənən məcburi köçkünlərjn və mina qurbanlarının sosial və peşəkar adaptasiyasının dəstəklənməsi" mövzusu səs çoxluğu ilə qəbul edilib.

Komitə iclasında sosial xidmətlərin rəqəmsallaşması mövzusunda müzakirələrdə üstün nümunə olaraq Azərbaycanın Əmək və Sosial Müdafiə nazirliyinin DOST Mərkəzinin təqdimatı keçirilib.



Xəbər 2848 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +