13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


02.06.2025  10:49 

Ərdoğanın Zəngəzurla bağlı təklifini İran təhqirlə qarşıladı - Politoloq





A+  A-

“Rəcəb Tayyib Ərdoğanın İranı “qazan-qazan” metodu ilə Zəngəzur koridorunda birgə fəaliyyətə dəvət etməsi İranda çox kəskin qarşılandı. Hətta təhqirli adlandırmaq olar. Bu siyasi etiketi, mədəniyyəti olan dövlətə yaraşmaz. İran danışanda 5 min illik sivilizasiyadan danışır, rəsmilərinin işlətdiyi termində heç bir sivilizasiya, mədəniyyət, yüksək elm, intellektual addım görünmür”.

Bu barədə açıqlamanı XəzərNews.az-a politoloq Mübariz Əhmədoğlu verib.

M.Əhmədoğlu qeyd edib ki, Türkiyəyə qarşı belə ifadələr indi rəsmi Ankaranı çətin vəziyyətə sala bilər:

“Çünki Türkiyə hazırda İrana qarşı müharibə mövzusunda ABŞ-la kəskin müxalifətdə olan dövlətdir. ABŞ tərəfindən yayılan məlumatlar bunu qeyd etməyə əsas verir. Digər tərəfdən də İranın siyasi menecerlərinin kütlüyünün nümayişidir. Türkiyə iki istiqamətdən İranın Zəngəzur koridoruna yolunu bağlaya, İran iddialarını geri götürə bilər. Digər tərəfdən Türkiyə təxminən altı ay əvvəl Avropaya gedən İranın yük maşınlarına öz ərazisində satılan dizelin qiymətini qaldırmaqla İranı Zəngəzur koridorundakı mövqeyindən imtinaya vadar etdi. İran XİN Zəngəzur koridorunun siyasi deyil, texniki adlandırdı. Təxminən Türkiyə bu addımı olduğu kimi və yaxud bir az da yeni variasiyada daha uzun müddətə təkrarlaya bilər. Zəngəzur koridoru ilə bağlı İrandan imzalanmış öhdəlik aldıqdan sonra vəziyyəti əvvəlki halına qayıda bilər. İranın Avropa ilə əlaqələrinin hamısı hazırda Türkiyə ərazisi ilə reallaşdırılır. Avtomobil, dəmir yolu, neft və qaz kəmərləri mövcuddur. Qaz kəmərinin cüzi təmirlə həm buraxılış gücünü artırmaq olar, həm də Türkiyənin Avropa ilə sərhədinə qədər uzatmaq olar”.


Politoloq qeyd edib ki, Ermənistan Türkiyə ilə münasibətləri qurmaq üçün yalvarır:

“Türkiyə ilə münasibəti olmayan Ermənistanı Avropa və ABŞ ciddi qəbul etməyəcək. Avropa yolunu seçmiş Ermənistanın təhlükəsizliyini avropalıların anlamında yalnız Türkiyə təmin edə bilər. Ona görə N.Paşinyan Ərdoğana yalvarır. Avropalılar N.Paşinyanı hakimiyyətə gətirəndə birinci öhdəlik KTMT-dən uzaqlaşmaq idisə, ikinci addım isə Türkiyəyə yaxınlaşmaq idi. R.T.Ərdoğan “Ermənistanın qarşısında müstəqil siyasət apar, İranla münasibətlərinə əl gəzdir” göstərişini versə, Ermənistan İrana qarşı müharibə aparacaq və İran həmin ərazidən çıxmaq məcburiyyətində qalacaq. İranın siyasi menecerləri anti-Azərbaycançılıqla məşğuldurlar. Ona görə beyinləri ayrı ideya və fikirləri görmür”.


Xəbər 447 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +