13 azərbaycanlı Suriya cəhənnəmindən xilas oldu
Bələdiyyə sədri sabiq məmurdan şikayət etdi
3 əcnəbi Azərbaycandan qovuldu - Birgə məlumat
Təbiətə 45 min manat ziyan vuruldu
Keçmiş hərbi prokuror metroda görüntülənib - Foto
Allahdan sonra mənəm... - Qazancınızın yarısı mənimdir
İş qurmaq vədi ilə qonşusunun 111.700 min manatını ələ keçirdi
Əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
Silahlı Qüvvələr Günü... - 3 gün tətil
Bank kartlarından 10 min manatdan çox pul oğurlanıb


14.04.2025  16:18 

Onkologiya Mərkəzində xəstə yaxınlarından pul tələb olunur - İddia





A+  A-

Milli Onkologiya Mərkəzində giriş üçün xəstə yaxınlarından pul tələb olunur. Belə bir iddia sosial şəbəkədə müzakirə mövzusu olunub.

Şikayətçi qeyd edib ki, xəstənin yanına getmək üçün qapıçıya on manat vermək tələb olunur.

"Əvvəl beş manat idi. İndi beş manat verdim, qəbul etmədilər, ancaq on manat. Təsəvvür edin ki, xəstən on gün orada yatacaqsa, təkcə qapıçıya hər gün on manat ödəmək məcburiyyətindəsən", - deyə şikayətçi bildirib.

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli Oxu.Az-a açıqlamasında iddianı təkzib edib.

"Belə bir şey ola bilməz. Bizdə xəstələrin yanına buraxılış saat 18:00-dan 20:00-a kimidir. Bayram və şənbə-bazar günləri isə saat 14:00-dan başlayır buraxılış. Problem odur ki, bir çox xəstə yaxınlarının gözləməyə səbri yoxdur. Gələn kimi keçmək istəyirlər. Biri deyir, rayondan gəlmişəm, o biri deyir, vaxtım azdır. Digər tərəfdən, bir xəstənin yanına gün ərzində iki nəfərdən çox adam buraxılmır. Yəqin həmin adamın xəstəsinin yanına da ondan əvvəl iki nəfər keçib deyə, onu buraxmayıblar. O ki, qaldı qapıda on manat pul məsələsinə, bir daha deyirəm, məndə belə bir fakt yoxdur və bu, mümkün deyil. Hər yer kameradır. Kim bunu deyirsə, gəlsin, kameraları açaq, baxaq, görək, harada, kimə verib pulu?", - deyə baş həkim bildirib.

Xəbər 1789 dəfə oxunub.




04.06.2025  11:08 

Sanksiyalar hazırdır - Kelloq


BÜTÜN XƏBƏRLƏR +