Ukrayna Türkiyədə casus şəbəkəsi yaradıb
İlham Əliyevlə Məsud Pezeşkianın görüşü olub
Soçidə azərbaycanlı qadın saxlanıldı
İlham Əliyev Ərdoğanla görüşdü
“Moskva bölgədə nüfuzunu itirir” - Türk ekspert
Binəqədidə çirkab suları küçəyə axır - Foto
Ticarət Sazişi nəzərdən keçirilməlidir - Pezeşkian
Xankəndi sülh mərkəzi olacaq - Ərdoğan
Diqqət: Şəxsiyyət vəsiqələri dəyişir
Əliyev Pezeşkianı belə qarşıladı


01.03.2023  09:45 

“Qalxan qiymət bir daha enmir” - Deputat





A+  A-

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti Samir Rzayev aviabiletlərin qiymətləri ilə bağlı bir sıra narazılıqlara münasibət bildirib.

"Mənzərə tam aydın görünsün deyə əvvəlcə aviabilet qiymətlərinin formalaşmasına təsir göstərən əsas xərc maddələrini sadalamaq istərdim. Bunlara aviayanacaq xərcləri, hava gəmilərinin saxlanılması və texniki xidmət, Heydər Əliyev Beynəlxalq Aeroportunda və təyinat hava limanında göstərilən yerüstü xidmət, yığımların ödənilməsi üçün tələb olunan xərclər, aeronaviqasiya, o cümlədən digər istehsalat və inzibati-idarə xərcləri aiddir. Aviayanacaq 4 dəfəyə yaxın bahalaşıb", - deyən Rzayev bununla həm də biletlərin ucuzlaşmasıyla bağlı gözləntilərin də üstündən xətt çəkib.

AZAL-ın qiymətləri ucuzlaşdırmaq əvəzinə daha da bahalaşdıracağı proqnozunu verməsi haqlı olaraq, cəmiyyətdə narazılıqlar yaradır. Xüsusilə bilet qiymətlərinə heç bir qrupa, o cümlədən tələbələrə endirim edilməməsi haqlı narazılığa səbəb olur.

Millət vəkili Aqil Abbas Cebhe.info-ya açıqlamasında bildirib ki, qiymətlər bundan sonra da ucuzlaşmayacaq, əksinə bahalaşa bilər:

"İndiyə qədər bahalaşan bir şeyin sonradan ucuzlaşdığını görmüsünüz? Mən şəxsən, 60 ildir görməmişəm. AZAL-ın biletləri ucuzlaşdırmasını görə bilməzsiniz, heç vaxt da görməyəcəksiniz. Qalxan qiymət bir daha enmir, qalxa-qalxa da gedir, azaldığını heç vaxt görməmişəm. Bilet olsun, geyim olsun, ərzaq olsun, fərq eləmir. Türkiyədə baş verən zəlzələdən sonra da oradan qayıdan vətəndaşlar üçün bilet qiymətlərində güzəştə gedilmədi. Nə qədər tələbəmiz orada qaldı. Hətta quru sərhədləri açılmalıydı, tələbələr evinə gəlməli idi. Bunların hamısı olmalı idi, olmadı. Nəyə gücümüz çatar? Heç nəyə".



Xəbər 2584 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

04.07.2025  12:11 

Ərdoğan Azərbaycana gəldi

04.07.2025  11:35 

Rusiya Kiyevə hücum edib

04.07.2025  11:17 

Əliyev Trampı təbrik etdi


BÜTÜN XƏBƏRLƏR +