Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı


12.10.2017  12:46 

Cahangir Hacıyev Ali Məhkəməyə verdiyi şikayəti niyə geri götürdü?





A+  A-

«Azərbaycan Beynəlxalq Bankı» ASC-nin İdarə Heyətinin keçmiş sədri, 15 il azadlıqdan məhrum edilmiş Cahangir Hacıyev Ali Məhkəməyə verdiyi kassasiya şikayətini geri götürüb. Oktyabrın 12-də Ali Məhkəmədə C.Hacıyevin işinə baxan hakim İnqilab Nəsirov bu haqda məlumat verib.
C.Hacıyevlə yanaşı, onunla birlikdə mühakimə olunaraq 11 il həbs cəzası almış dostu, Bakı Fındıq Emalı Zavodunun keçmiş direktoru Azad Cavadovda Ali Məhkəməyə şikayət vermişdi.
Hakim bildirib ki, həm C.Hacıyevin vəkilləri Aqil Layıcov və Fəxrəddin Mehdiyev, həm də A.Cavadovun müdafiəçisi Əli Ələkbərov Ali Məhkəməyə ərizə təqdim ediblər. Vəkillər yazır ki, əlavə sənədlər əsasında kassasiya şikayətinin yenidən hazırlanması zərurəti ortaya çıxıb, ona görə də kassasiya şikayətinin geri qaytarılmasını xahiş edirlər.
C.Hacıyev də saxlandığı 13 saylı Cəzaçəkmə Müəssisəsindən məktub göndərib. Yazıb ki, vəkillərinin mövqeyi ilə razıdır.
İnqilab Nəsirovun sədrlik etdiyi hakimlər kollegiyası şəxsin kassasiya şikayətini geri götürmək hüququ olduğunu əsas gətirərək, onun geri qaytarılması haqda qərar çıxarıb.
C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 15 il azadlıqdan məhrum edilib. Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.
C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

(modern.az)

Xəbər 3078 dəfə oxunub.



07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +