Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


14.02.2024  16:46 

Deputat QMİ-dən izahat tələb edir





A+  A-

“Hər il ölkədə Həcc ziyarətinin qiyməti açıqlanan zamanı qiymətin yüksək olması ilə bağlı geniş müzakirələr aparılır. Əksəriyyət qiymətin baha olmasından şikayətlənir. Düşünürəm ki, Qafqaz Müsəlmanları İdarəsi qiymətin yüksək olmasının səbəbi barədə cəmiyyəti məlumatlandırmalıdır. Çünki ola bilsin ki, qiymətin bu qədər qalxması bilavasitə idarədən qaynaqlanmır. Ortada başqa səbəblər də ola bilər. Bütün hallarda məsələyə aydınlıq gətirilməlidir”.

Xəzərnews.az xəbər verir ki, bu fikirləri Bakupost.az -a millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, imkanı olan hər bir müsəlman ömründə bir dəfə mütləq Həcc ibadətini yerinə yetirməlidir. Bu islamın vacib şərtlərindən biridir. Həccə verilən pulun sədəqə kimi istifadə olunması məsələsinə gəldikdə isə söhbət dəfə ikinci ziyarətdən gedirsə, bəli, həmin pulun sədəqə kimi istifadə olunması məqsədəuyğundur və bunun savabı daha böyükdür:

“Cəmiyyətdə hər kəs bir-birinin inancına, etiqadına və düşüncə tərzinə hörmət etməyi bacarmalı, dini ibadət və ayinləri aşağılamaqdan, ələ salmaqdan çəkinməlidir. Çünki hərənin öz etiqadı, düşüncəsi və toxunmazlıqları var. Necə ki, hər birimiz düşüncələrimizə hər kəsin hörmətlə yanaşmasını istəyirik, eləcə də eyni münasibəti başqalarına qarşı da göstərməliyik. Əllaməlik etməyə ehtiyac yoxdur. Çünki hesab o dünyada çox ağır olacaq”.

Xəbər 2508 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +