Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı


08.12.2023  22:55 

Şahin Mustafayev və Aleksey Overçuk arasında görüş keçirilib





A+  A-

Rusiya paytaxtı Moskvada Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk arasında görüş keçirilib.

Xəzərnews.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin saytında məlumat verilib.

Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın gündəliyində duran ikitərəfli ticarət-iqtisadi əməkdaşlığa dair cari məsələləri nəzərdən keçiriblər.

Hökumətlərarası Komissiyanın həmsədrləri ikitərəfli əməkdaşlığın səmərəliliyini təsdiq edən ticarətin inkişafının müsbət dinamikasını vurğulayıblar.

Görüşdə qeyd edilib ki, 2023-cü ilin yanvar-oktyabr aylarında Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 20% artıb.

Tərəflər əməkdaşlığın bütün sahələri üzrə Rusiya-Azərbaycan əlaqələrinin möhkəmləndirilməsinə yönəlmiş konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını təsdiqləyiblər./Oxu.az

Xəbər 3012 dəfə oxunub.




07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +