Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


19.10.2023  10:42 

“Muğanbank“da milyonlarla sığortasız əmanətin taleyi necə olacaq?





A+  A-

Oktyabr ayının 1-i tarixinə "Muğanbank" ASC-nin depozit portfelinin həcmi 322.5 milyon manat olub.

Xəzərnews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı Samir Əliyev çıxış edib.

O, Mərkəzi Bankın açıqlamasına istinadla bildirib ki, bu müddətə Bank üzrə sığortalanmış əmanətlər 216,7 milyon manat təşkil edir:

“Deməli, hardasa, 106 milyon manatluq vəsaitin taleyi sual altındadır”.

Xatırladaq ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 18 oktyabr 2023-cü il tarixli Qərarı ilə məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdarından az olduğuna, məcmu kapitalının adekvatlıq əmsalının 3 faizdən az olmasına, cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə, habelə bankın daxili idarəetmə və nəzarət prosedurları adekvat olmadığına görə "Banklar haqqında” Azərbaycan Respublikası Qanununun 16.1.6-cı, 16.1.7-ci, 16.1.9-cu, 16.1.18-ci, 57-ci və 61.1-ci maddələrinə əsasən "Muğan Bank” ASC-nin lisenziyası 19 oktyabr 2023-cü il tarixindən etibarən ləğv edilib, banka müvəqqəti inzibatçı təyin edilib və bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.

Xəbər 2452 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +