Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək


11.10.2023  19:54 

Gədəbəydə qaz çəkən şirkət park təmir edəcək





A+  A-

Gədəbəy Rayon İcra Hakimiyyəti "Global Services” MMC ilə maliyyə dəyəri 74 226,8 AZN olan satınalma müqaviləsi bağlayacaq.

Xəzərnews.az xəbər verir ki, şirkət İcra Hakimiyyətinin Gədəbəy şəhəri, mini parkda və mədəniyyət evinin qarşısındakı parkda abadlıq işlərinin satin alınması ilə bağlı tenderinin qalibi seçilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, "Global Services” MMC 22 noyabr 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Cəbrayıl rayonu Çərəkən kəndi, 10-cu qəsəbədə yerləşir. MMC-nin qanuni təmsilçisi Hüseynov Habil Qabil oğludur.

Açıq mənbələrdə Habil Hüseynov haqqında heç bir rast gəlinmir.

"Global Services” MMC-yə gəlincə, mediada gedən məlumatlarda şirkətin qaz çəkilişi həyata keçirdiyi qeyd edilir. Bu məlumatın təkzib edilməsi barədə heç bir qeyd yoxdur.

Maraqlıdır ki, icra hakimiyyəti qaz çəkilişi həyata keçirən şirkətə inşaat işləri tapşırır.

Reyestr məlumatlarından görünür ki, "Global Services” MMC 1 lə yaxındır fəaliyyət göstərir. Onun ciddi maddi texniki bazaya malik olması şübhə doğurur. Hər halda şirkətin adicə veb-səhifəsi yoxdur.

Məlumat üçün deyək ki, "Dövlət satınalmaları haqqında” Qanunun 6.2.1-ci maddəsinə görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması vacibdir.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir.Qaynarinfo


Xəbər 5736 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +