Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


19.06.2023  13:56 

Jurnalistlərin 3-cü binası: “Qeyri-müəyyənliyə son qoyulmalıdır”





A+  A-

“Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın təyinatının dəyişdirilməsi ilə bağlı təklifin reallaşması bu istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları üçün yeni problemlər yarada bilər. Bakıda mərkəzə yaxın ərazilərdə mənzil sahibi olmaq istəyən çoxlu sayda şəhid və qazi ailəsi var. Həmçinin rayonlarda yaşayıb paytaxtda ev-eşik sahibi olmaq istəyən həssas təbəqəyə aid insanlar da az deyil. Cəmi 255 mənzil onlar arasında necə bölünəcək?”

Bu sözləri XəzərNews.az-a açıqlamasında Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) sədri Seymur Verdizadə deyib.

Təşkilat rəhbəri Bakının Səbail rayonunda jurnalistlər üçün tikilmiş üçüncü binanın ətrafında yaranmış qeyri-müəyyənliyin həm mətbuat nümayəndələri, həm də şəhid və qazi ailələri arasında narahatlığa səbəb olduğunu bildirib:

“Bu günə kimi bir neçə şəhid və qazi ailəsinin üzvü jurnalistlər üçün tikilmiş üçüncü binadan mənzil almaq üçün mənə müraciət edib. Onlar mətbuatdan oxuyublar ki, Bayılda media nümayəndələri üçün tikilmiş həmin bina şəhid və qazi ailələrinə veriləcək. Bu məsələ reallaşsa, iddialıların sayı yüzlərlə olacaq.

Hesab edirəm ki, şəhid və qazi ailələrinin sosial-məişət şəraitinin kompleks tədbirlərlə yaxşılaşdırıldığı bir vaxtda bu işi həyata keçirən dövlət qurumlarının nümayəndələrinə əlavə problem yaratmağa ehtiyac yoxdur”.

S.Verdizadə deyib ki, əlavə söz-söhbətə rəvac verməmək üçün 22 iyul Milli Mətbuat Günü ərəfəsində Bayılda jurnalistlər üçün tikilmiş üçüncü binanın taleyinə aydınlıq gətirilməli, hazır mənzillər ehtiyacı olan jurnalistlərə paylanılmalıdır.

Xəbər 2863 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +