Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


01.06.2023  10:15 

Beştərəfli görüşün vaxtı bəlli oldu





A+  A-

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Moldovada görüş keçirəcək.

Görüşdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron da iştirak edəcək.

Avropa İttifaqı Şurasının saytında yer alan məlumatda bildirilib ki, beştərəfli görüş Bakı vaxtı ilə saat 16:30-da başlayacaq. Görüş Avropa Siyasi Birliyinin ikinci sammiti çərçivəsində baş tutacaq.

Qeyd edək ki, bundan əvvəl İlham Əliyev və Paşinyan Brüsseldə, ardınca Moskvada bir araya gəlib. İyul ayında Brüsseldə daha bir görüşün keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Avropa Siyasi Birliyinin ilk sammiti ötən ilin oktyabr ayında keçirilib. Bu sammit çərçivəsində Mişel və Makronun vasitəçiliyi ilə İlham Əliyev və Paşinyan arasında görüş baş tutub. Praqadakı müzakirələrdə Ermənistan və Azərbaycan Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinə, hər iki tərəfin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanıdığı 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiqliklərini təsdiqləyiblər./Yenisabah.az

Xəbər 2557 dəfə oxunub.




08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +