Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


04.05.2023  14:08 

Kiçik karqo şirkətləri bu rəqabətə dözə bilməyəcək - İqtisadçı





A+  A-

Bildiyimiz kimi, Türkiyənin məşhur alış-veriş saytı olan “Trendyol” bundan sonra Azərbaycandan aldığı sifarişləri birbaşa istifadəçilərin yaşadığı ünvana çatdıracaq. Bəs, bu addım Azərbaycanda fəaliyyət göstərən karqo şirkətlərinin işinə necə təsir edəcək? Yerli bazarda insanların alıcılıq səviyyəsində azalma müşahidə olunacaqmı?

XəzərNews.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli Bakupost.az -a bildirib ki, yeni model kiçik karqo şirkətlərinin sıxışdırılıb bazarda çıxarılmasına səbəb olacaq:

“Daşıma xərclərinə görə qiymətlərin artma ehtimalı var. Lakin böyük şirkətlər ilkin mərhələdə müştəri cəlb etmək üçün daşıma xərclərini xeyli aşağı salacaq. Belə olduqda orta və kiçik karqo şirkətləri bu rəqabətə dözə bilməyəcək. Məcbur olub bazardan çəkiləcək, bağlanacaqlar”.

Ekspertin sözlərinə görə, kiçik şirkətlərin sıradan çıxarılmasından sonra daxili bazarda inhisar yaranacaq:

“İqtisadiyyat elminin keçdiyi yolda görünən əsas mənzərə də budur ki, rəqabət olmayan yerdə qiymət qalxır, keyfiyyət aşağı düşür. Həmişə belə olub. Bunun əksini sübut edən heç bir nəzəriyyə yoxdur. Ona görə də bir müddət sonra daşınma xərclərində artım müşahidə olunacaq. Bu da sifariş olunan məhsulların ölkəyə çatdırılmasını bahalaşdıracaq”.

N.Cəfərli sonda bildirib ki, bu artım məhsulların qiymətində müşahidə edilməyəcək:

“Məhsulun qiyməti artmayacaq. Çünki onlar beynəlxalq platformalardan alınır. Azərbaycan üçün ayrıca qiymət qoymaq mümkün deyil”.

Xəbər 2791 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +