Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı


16.04.2023  11:36 

Dövlətə ziyanı gizlədən belə zərəli şəxslərə alim demək olarmı?!





A+  A-

Bu adamlar institutdakı yeyintinin üstünü açmaq əvəzinə, görün, nə işlərlə məşğuldurlar?! Dövlətə ziyanı gizlədən belə zərəli şəxslərə alim demək olarmı?!

Mətbuatdakı tənqidi yazılarımda Ramiz Mehdiyevin və xüsusən, İsa Həbibbəylinin adlarını çəkdiyim üçün 21 yanvar 2022-ci ildə AMEA-nın Dilçilik İnstitutunun Baş direktoru Nadir Məmmədli vasitəsilə məni cəzalandırmaq qərarına gəldilər.

Təcili yığıncaq çağıran Baş direktorun xəbəri olub-olmadığını bilmirəm, amma məndən acıqlı olan bir neçə qadın plagiatçını şər deyib üzümə durmaq üçün hazır vəziyyətə gətirmişmişlər. Həmin gün xəstə olub işə çıxmamağım planlarını pozsa da, Baş direktor belə vəd etmişdir: "Ramiz Mehdiyevin və İsa Həbibbəylinin adını çəkib tənqid etmək elə-belə şey deyil, ona görə də gec-tez sənin haqqında tədbir görüləcək".

Görünür, Baş direktor akademşəbəkənin nüfuzuna bələd imiş.

Bir neçə müddət keçdikdən sonra İ. Həbibbəylinin təlimatı üzrə Baş direktor N.Məmmədli bu "müqəddəs" işə (iftira və üzəduranlığa) akademşəbəkənin "pensiyam maaşımdan çoxdur" deyən "Fəttah ağa"sı, bu yaşında ADU-nun tam ştat işçisi, şəxsi ambisiyaları naminə tez-tez mövqe dəyişib özünü tutan, yalandan yoğrulmuş yağlı diplom vədləri ilə əlavə üzəduranlar cəlb etmək məharəti olan, hətta AAK-ı şantaj edib şəxsi marağını təmin etdikdən sonra səsini içinə çəkən, xaraktercə şərbaz, sui-istifadəçi, qısqanc, paxıl, bəzən başqasının ayaqqabısını geyinib təqlid etməyə çalışsa da, sonunda biabır və pərt olan, elmi dərəcə və ad imtiyazını millət balalarını "redaktə" adı altında aylarla süründürüb şəxsi marağının təmininə həsr edən, bəhanə ilə pul qazanmağı zəhmətlə pul qazanmaq kimi sırımağa çalışan, dövlətə, dövlət başçısına inamsızlıq, mənsub olduğu akademşəbəkəyə inam təbliğ edən (hətta bu iyrənc davranışını mənim səhifəmdə faş edib), faydalı bir işə yaramayan, fürsətcilliyini və riyakarlığını utanmadan norma kimi qəbul etdirməyə çalışan Zərbəliyev Həbib Məmməd oğlu adında birisini gətiriblər.

Ey akademşəbəkə! İnstitutda, ümumən, akademiyada yoxa çıxan milyonların, yüz minlərlə qrantların, dövlət vəsaitinin mənimsənilməsi hesabına çap olunan saxta və plagiat əsərlərin, institut büdcəsinin necə dağıdılmasının (bu haqda rəsmi müraciət olunub), saxta dissertasiyaların, şəxsi ambisiyalar naminə dövlətə vurduğunuz zərərlərin hesabını verin! Sanmayın ki, hansısa şöbəyə qısılıb şəxsimə qarşı sui-qəsd planları qurmaqla, şər-böhtanlarla məsuliyyətdən yaxa qurtaracaqsınız!

İnanmadığınız Dövlət bir gün sığınıb milləti cana-boğaza yıdığınız, bütün narazılıqları ustalıqıla ölkə başçısının ünvanına yönəltdiyiniz şəbəkəni alt-üst edəcək, buna şübhəniz olmasın!

Alim cildinə girib millətə zülm edirsiniz! Ölkəyə xarici düşmənin vurmadığı ziyanı vurursunuz. Ar olsun!

"Su sənəyi suda sınar" deyib atalarımız. Qoynuna atıldığınız İftira, rüşvət, süründürməçilik, mənimsəmə, riyakarlıq, yaltaqlıq, plagiarizm gölməçəsində boğulacaqsınız!

İdris Abbasov,
Professor


Xəbər 2421 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +