Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb


02.03.2023  18:24 

Məktəbdə 8 Martla bağlı pul yığılıb?





A+  A-

Bakı şəhəri 60 nömrəli tam orta məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar vəsait toplanması ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

XəzərNews.az APA-ya istinadla xəbər verir ki, sözügedən məsələ ilə bağlı məktəbdaxili araşdırma aparılıb.

Araşdırma nəticəsində bəlli olub ki, məktəbin 5a sinfinin valideyni şəxsi qərarı ilə bayramla əlaqədar pul yığılması ilə bağlı votsap qrupda sinfin digər valideynləri ilə müzakirə aparıb. Valideynlər razılaşmadığı üçün bu təşəbbüsdən yan keçib.

Məsələ ilə bağlı bu gün həmin sinfin validenləri ilə iclas keçirilib və valideynlərə müvafiq tövsiyələr verilib.

Qeyd edək ki, məktəbdə 8 Mart - Beynəlxalq Qadınlar Günü ilə bağlı hər hansı formada vəsaitin toplanması təşəbbüsü olmayıb. Bu kimi halların qarşısını almaq üçün məktəb rəhbərliyi tərəfindən pedaqoji kollektivlə də görüşlər keçirilib.

Xəbər 2936 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +