Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


11.01.2023  19:15 

“Öz malına od vuracaq qədər ağlımızı itirməmişik”





A+  A-

"Mənim oğlumun ağlı yerindədir. Dəli deyil ki, öz mağazasını yandıra. Biz təzəcə mal vurub mağazamızı doldurmuşduq. Oğluma başqa adla sənədə imza atdırıblar”.

XəzərNews.az xəbər verir ki, bu sözləri “Sədərək” ticarət mərkəzindəki yanğının törədilməsində şübhəli bilinən Əfqan Abdullayevin atası Səməd Abdullayev “Sputnik”ə açıqlamasında deyib. O iddia edib ki, oğlunu aldadaraq yanğını törətdiyini təsdiqləyən sənədə imza atdırıblar: “Mən yeni əməliyyat olunmuşam. Dünən səhər saat 10:00-dan oğlumu çək-çevirə salıb sonda saat 19:00-da bir sənədə imza atdırmaqla həbs ediblər".

S.Abdullayev həmçinin bildirib ki, onun həyat yoldaşı ticarət mərkəzinin rəhbəri ilə yaxın qohumdur: "Biz öz qohumumuzun mərkəzinə ziyan vurarıqmı? O ticarət mərkəzində hər kəs məni də, oğlumu da yaxşı tanıyır. Hamısı bilir ki, biz belə iş görmərik. Ona görə kim mənə zəng edir, oğlumu şərləməkdə nə məqsəd olduğunu soruşur. Biz öz çörəyimizin də düşməni deyilik ki. Oradan bizim ailəmiz də çörək yeyir. Öz malına od vuracaq qədər ağlımızı itirməmişik. Oğlumu dövlət vəkillə təmin edib. Bu gün özüm bu işin arxasınca gedəcəyəm. Yanğın qısaqapanmadan baş verib".

Xatırladaq ki, yanvarın 8-i saat 18 radələrində Qaradağ rayonunda yerləşən "Sədərək" ticarət mərkəzində yanğını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə Baş Prokurorluq və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında bildirilib.

Qeyd edilib ki, ticarət mərkəzinin 15-16-cı sıralarında ümumilikdə 800 kvadratmetr sahəsində yerləşən 27 mağazanın Bakı şəhər sakini Əfqan Abdullayev tərəfindən qəsdən yandırılması, nəticədə icarədar və sahibkarlara külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin Əməliyyat-istintaq idarəsində Cinayət Məcəlləsinin 186.2.1 (külli miqdarda ziyan vurmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) və 186.2.2-ci (yandırmaqla əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddələrilə cinayət işi başlanıb. İş üzrə Əfqan Abdullayev şübhəli şəxs qismində tutulub.



Xəbər 2642 dəfə oxunub.



08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +