Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


14.11.2022  00:10 

Qlobal inflyasiya kabusu və Azərbaycan





A+  A-

(I Hissə) Azərbaycanda inflyasiyanın səviyyəsini dəyərləndirəcyik. Amma öncə dünyadakı inflyasiya tablosunu bir təsvir edək. Sonra ölkəmizə keçək. Çünki bunlar biri-birindən ayrı təsəvvür olunan hallar deyil.

Pandemiya və postpandemiyanı əhatə edən 3 illik zaman kəsiyi qlobal iqtisadiyyatda meqatrend olaraq inflyasiya amilini əhəmiyyətli dərəcədə populyarlaşdırdı. Çünki bütün dünya ölkələrində mal və xidmətlər qarşılığında ölkələrin milli valyutaların dəyərsizləşməsi prosesi sürətləndi. İnkişaf etməkdə olan (İEOÖ) ölkələr istisna olmaqla inkişaf etmiş ölkələrdə (İEÖ) adətən ikirəqəmli inflyasiya templəri qeydə alınmamışdı. Xüsusilə də 2022-ci ildə Rusiya-Ukrayna savaşı fonunda geosiyasi risklərin kəskin artması tədarük zəncirində yaranan problemlər qlobal inflyasiyanın son 20 ilin ən yüksək səviyyəsi ilə sonuclanmışdır. ABŞ və qabaqcıl Avropa ölkələrində inflyasiyanın artımının rekord səviyyəsi ilə seçilir. ABŞ və Birləşmiş Krallıqda istehlak qiymətləri indeksi 2022-ci ilin iyun ayında keçən ilə nisbətən 9.1% artıb.

2022-ci ilin fevral ayından etibarən davam edən Rusiya - Ukrayna müharibəsi ilə bağlı Rusiyaya qarşı tətbiq edilən sanksiyalar, müharibənin səbəb olduğu daşınma-logistika problemlərindən başlamış enerji qiymətlərinin artmasına qədər çoxsaylı sferalarda özünü göstərməyə başlamışdır. Dario Caldara və Matteo Lacoviello tərəfindən hazırlanmış Geosiyasi Risk İndeksinə görə geosiyasi gərginliklər və onların yaratdığı təhlükələr əsasən 5 istiqamət üzrə yayılmışdır:

(ı) qlobal inflyasiyanın artması,
(ıı) enerji daşıyıcılarının qiymətinin artması,
(ııı) arici ticarət əlaqələrində pozulmalar,
(ıv) bank aktivlərinin məruz qaldığı risklər və
(v) bank əməliyyatlarının icrasında çətinliklər.

Bütün çoxistiqamətli risklərin təzahür formaları onu deməyə əsas verir ki, inflyasiya bir kabus olaraq dünyanın başı üzərində dolanır.

Dünyada inflyasiya səviyyəsinin yüksək artım tempinə görə, bir neçə dövlətdə daha mühüm rəqəmlər diqqəti cəlb edir. Cari ilin oktyabr ayında inflyasiyanın böyük rəqəmləri ilə ifadə olunan hədd qardaş Türkiyədə (85,5%) və Argentinada (71%) qeydə alınmışdır. Aİ ölkələrində ən yüksək inflyasiya həddi Macarıstanda (20%) və Çexiyada (18%) olub.

BVF-nun ilin sonuna qədərki dövrdə inflyasiya inkişaf etmiş ölkələrdə İEÖ-də 3,9 faiz və inkişaf etməkdə olan ölkələrdə isə 5,9 faiz olacaq, qiymətlərin artmasında səngimə yalnız gələn il baş verə bilər.

Məmməd Talıblı
XəzərNews.az


Xəbər 2551 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +