Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


04.11.2022  00:01 

Gələn ildən müavinətlər artır - Video





A+  A-

Gələn il bütün müavinətlərdə artım proqnozlaşdırılır.

XəzərNews.az Xəzər TV-yə istinadən xəbər verir ki, Hesablama Palatası "2023-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinə verdiyi rəydə qeyd edib ki, hamiləliyə və doğuma görə müavinətlər artırılır.

Növbəti ildə bu növ müavinətlərin maliyyələşdirilməsi üzrə 48 mln. manat vəsaitin xərclənəcəyi proqnozlaşdırılır. Bu da bu ilin proqnoz göstəricisindən 900 min manat və ya 1,9%, ilin sonuna gözlənilən icradan isə 4 mln. manat və ya 9,1% çoxdur.

Deputat Tahir Kərimli deyib ki, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında sözügedən qanun layihəsinin müzakirəsi zamanı bu kimi məsələlər ətraflı müzakirə olunub.

O qeyd edib ki, bugünədək bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 44 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 28 manat olub. Gələn il 3 yaşına çatanadək uşaqlara qulluğa görə müavinət üçün 11 milyon manat ayrılacaq.

Tahir Kərimlinin sözlərinə görə, komitənin iclasında həmçinin kredit faizlərinin aşağı salınması, kənd yerlərində girov qoymadan kredit verilməsi məsələsinə də diqqət çəkilib.

Millət vəkli qeyd edib ki, 2023-cü ilin dövlət büdcəsinin gəlirləri və xərcləri artırılır. Büdcədə xeyli yeniliklər var.



Xəbər 2556 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +