Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


03.11.2022  10:29 

“İlham Əliyev bu avtomobillərdən birini xidməti, digərini...”





A+  A-

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə istehsalı olan “TOGG” avtomobili istədiyini açıqlayıb.

Bunu Ərdoğan jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırarkən bildirib.

“Biz vətəndaşlarımızın qarşısında variantlar təqdim edəcəyik, hansını bəyənsələr, onu alacaqlar. Həyat yoldaşım qırmızı rəngi bəyəndi, onu istifadə edəcəyik. Avtomobillə bağlı ikinci təklif gəldi və bu təklifi edən İlham Əliyev oldu. O, iki “TOGG” istədiyini bildirdi. Dedi ki, istehsal olunacaq ikinci və üçüncü avtomobilləri o istəyir. İlham Əliyev bu avtomobillərdən birini xidməti, digərini isə iqamətgahda istifadə edəcəyini qeyd edib. Hətta bu gün telefon danışığımızda da bunu xatırlatdı”, - deyə Türkiyə lideri qeyd edib.

Jurnalistin İlham Əliyevin hansı rəngdə avtomobil istəməsinə dair suala isə Ərdoğan belə cavab verib: “Rəng məsələsini müzakirə etmədik. Düşünürəm ki, İlham Əliyev avtomobilin hansı rəngdə olmasını Mehriban xanımla müzakirə edib bizə məlumat verər”.

Ərdoğan əlavə edib ki, “TOGG” satışa çıxanda rəqabətədavamlı olacaq: “O, 0-dan 100 kilometrə 4,8 saniyəyə çata bilir”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla birlikdə bir neçə gün əvvəl “TOGG” avtomobilini sınaqdan keçirib. Ərdoğan tədbir zamanı bildirib ki, il ərzində 175 min avtomobil istehsal olunacaq, 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək./“Qafqazinfo”

Xəbər 2573 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +