Artur Sarkisyan məhkəmənin qərarı ilə həbs edilib
Xərçəngin dərmanı tapılıb, ancaq onu gizlədirlər... - Tibbi ekspert
Noutbuk və müşahidə kamerası oğurlanıb
Ərdoğan prezident seçkilərinin tarixini açıqladı
İlham Əliyev Əbu-Dabiyə getdi
Əbu-Dabi görüşü nə vəd edir? - ŞƏRH
Osmanlı Restoranda - Sumaq qum, dönər zəhər kimi...
Trampın taarif siyasəti ABŞ-a 300 milyard dollar qazandıracaq
Rəsmi Bakıdan İranın Ermənistandakı səfirinə CAVAB
Qaynar xətt işləmir, cavab verən yoxdur... - Həmkarları tənqid etdi


01.11.2022  15:29 

Şeyx İran mediasının hədəfində - “Şeytana biət edir“





A+  A-

Bütün Qafqazın şeyxi Şeyxülislam Hacı Allahşükür Paşazadə İranla bağlı verdiyi müsahibəsindən sonra SEPAH-a bağlı sosial media kanallarının hədəfinə çevrilib.

İran mediası onu "sionistlərə qulluqda" ittiham edib. Qaralama kampaniyasına Azərbaycanda axtarışda olan və İrana sığınan "Hüseyniyyun" qruplaşmasının sosial media kanalları da qoşulub.

Bir neçə gün bundan öncəyə kimi Qafqaz Müsılmanları İdarəsinin sədrinə qarşı ehtiyatlı davranan adıçəkilən qruplaşmanın üzvləri indi şeyxin "Şeytana biət etdiyini" yazır, onu casus adlandırırlar.

Xatırladaq ki, Allahşükür Paşazadə "Real TV"yə verdiyi son müsahibəsində İranın Azərbaycana xəyanət etdiyini demişdi: “Mən indiyədək elə bilmişəm ki, mənə bir şey olsa, qardaşlarım gəlib məni xilas edəcəklər. Bu gün mənim o ümidim qırıldı. Mən kimə inanım? Mənim qardaşım məni erməniyə satdı”. (lent.az)

Xəbər 2589 dəfə oxunub.




09.07.2025  14:51 

İlham Əliyev Əbu-Dabiyə getdi

09.07.2025  11:54 

Rusiyada avtomobil bazarı çökür


BÜTÜN XƏBƏRLƏR +