Hansı şagirdlərə pulsuz məktəbli formaları veriləcək?
Bakıda qadının evindən 10 kq narkotik aşkarlandı
DTX müdaxilə etdi, təhlükənin qarşısı alındı
Prezident yeni təyinat sərəncamı imzaladı
Kanalda batan Nihad 11 gündür tapılmır - Atasından müraciət
Putinin generalı Kəmaləddin Heydərovla görüşdü
Almaniyanın hərbi təyyarəsi hədəf alındı
Çin və Hindistan hansı ölkənin BRIKS üzvlüyünə qarşıdırlar?
Hikmət Hacıyevdən Rusiya açıqlaması
İbrahim Tatlısəs neçə yaşında sünnət olunub?


25.10.2022  11:19 

“Hökumətdən tıxac probleminin həllini gözləmək əbəsdir“





A+  A-

"Hökumətdən tıxac probleminin həllini gözləmək əbəsdir, bütün iqtisadi, sosial, mədəni fürsətləri Bakıya cəmləməklə, korrupsiya üzərinə inşa etdiyi sistemlə bu problemi həlledilməz hala gətirib. Tıxac probleminin köklü həlli ancaq sistem və idarəetmə fəlsəfəsinin dəyişməsindən, Bakının yükünün azaldılmasından, iqtisadi-sosial fürsətlərin ölkə üzrə bərabərəyaxın yayılmasından keçir ki, bu da ciddi zaman alan məsələlərdir".

XəzərNews.az xəbər verir ki, bu barədə açıqlama ilə iqtisadçı ekspert Natiq Cəfərli çıxış edib.

N.Cəfərli əlavə edib ki, tıxacların verdiyi zülmü, zaman və əsəb itkisini azaldaq, ona görə də indiki hökumətdən kömək gəlməyəcəyini bilərək sürücülər və piyadalar olaraq bizdən asılı olanları edək.

İqtisadçı bir sıra təkliflər də irəli sürüb:

1. Parklanma məsələsi – aydındır ki, şəhərdə böyük problemdir, amma lütfən, heç olmasa ikinci, hətta üçüncü cərgədə maşını park edib qəza işıqlarını yandırəb harsa getməyin. Ümumiyyətlə belə vəziyyətdə qəza işıqlarını (avariyka) yandırıb harasa gedən sürücüləri anlamıram, ay qardaş, ay bacı, qəza işıqları yanır deyə yol açılmır axı, o işıqların məqsədi yandırıb harasa getmək deyil, işıqlar yanırsa bu problemləri həll etmir axı;

2. Əsas yolda sürən sürücülərin yol üstünlüyündən istifadə etmək hüququ – bu ayrıca bir dərddir, məsələn, Bayıl tərəfdən, Gülüstan Sarayı tərəfdən gəlirsən və hər gün eyni mənzərə görürsən: Üzü Mehdi Hüseyn küçəsi tərəfdən gələn və Prezident Aparatına tərəf dönməli olan sürücülərin yol üstünlüyü var – eyvallah, qanun onların tərəfindəir, sən dayanıb gözləyirsən, amma elə bir an yaranır ki, heç kəsə mane olmadan (Aparat tərəfdən də maşınlar üzü yuxarı qalxır) sürüb keçə bilərsən, elə bir pəncərə yaranan kimi yuxarıdan gələn sürücü bunu hiss edir, həmən sürəti artırır ki, sən keçə bilməyəsən və bundan həzz almış kimi gülümsəyərək qarından keçir – ay insan, sabah sən də eyni vəziyyətə düşücəksən də, niyə belə edirsən axı, əksinə, sürəti bir az da azalt, qoy bir yox, iki-üç maşın sən çatana qədər yolu keçə bilsin;

3. Zolaqlar məsələsi – Bu da ağır dərddir, tez-tez zolaq dəyişən sürücülərə sözüm odur ki, vallah-billah əks-effekt yaranır, istədiyin yerə, tam tərsi, daha gec çatırsan, çünki hər zolaq dəyişmək üçün etdiyin manevr yolda ümumi sürəti bir az da azaldır, tıxac daha da artır və sən tez çatmaq istədiyin yerə daha gec çatırsan;

4. Piyada zolaqları məsələsi – Əziz piyadalar, sevgili xalq, yerüstü “zebralardan” keçmək sənin haqqındır, hüququndur, bəli, sən üstünsən, qanun da sənin tərəfindədir, amma bəs məntiq və həmrəylik?! Çatırsan piyada zolağına yolu telefonla danışa-danışa keçənləri hələ qoydum bir kənara, görürsən bir nəfər piyada həmən ayağını zolağa basır ki, sən dayanasan, xub, əla haqqı var adamın (amma kaş ki, öz haqqlarından seçkidə, hüquqlarının qorunmasında da belə fəxrlə istifadə edərdi), amma əziz insan, sən çatdın zolağa, 3-5 saniyə gözlə, heç olmasa, 3-5 nəfər də yığılsın, birdən keçin yolu, bir yerdə keçin, bu yollarda maşın axınının sürətinə müsbət təsir edəcək, tıcax zülmünü bir az azaldacaq.

N.Cəfərli bildirib ki, gəlin özümüz bu məsələnin bir az da olsa həllinə yardımçı olacaq addımlar ataq (sistemi dəyişmə yardımçı olacağınız zamana qədər), yoxsa ömrümüz tıxaclarda çürüdəcəyik...

Xəbər 2602 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib


BÜTÜN XƏBƏRLƏR +