Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


22.10.2022  09:28 

Hacı Şahin təltif olundu - Fotolar





A+  A-

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümü münasibətilə təntənəli tədbir keçirildi.

XəzərNews.az xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatları Madər Musayev, Kamaləddin Qafarov, Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini, professor Hüseyn Əsgərov, şəhid ailələri, qazilər, partiya fəalları, rayon ictimaiyyətinin nümayəndələri, media nümayəndələri iştirak ediblər.



Tədbirdən öncə Binəqədi rayonunda Birinci Qarabağ, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin xatirəsinə ucaldılan Memorial Kompleks və ulu öndər Heydər Əliyevin YAP Binəqədi rayon təşkilatının inzibati binası önündə ucaldılmış abidəsi ziyarət olundu, gül dəstələri qoyularaq əziz xatirələri ehtiramla yad edilib.

Tədbirdə YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Milli Məclisin deputatı Kamaləddin Qafarov, Vətən müharibəsi qazisi Ruslan Şıxıyev, YAP İdarə Heyətinin üzvü Elmar Qasımov, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxış ediblər.



Tədbirdə partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup şəxs Fəxri Fərmanla təltif edilib.

Təltif olunanlar arasında Binəqədi qəsəbə Bələdiyyəsinin şöbə müdiri Hacı Şahin Məhərrəmli də var. Fəxri Fərmanı Hacı Şahin Məhərrəmliyə Binəqədi rayonunun millət vəkili Madər Musayev təqdim edib.

Qeyd edək ki, Hacı Şahin Məhərrəmli işgüzarlığı ilə daimi yaşadığı rayonun və qəsəbə əhalisinin sosial problemlərinin həllində yaxından iştirak edir.







Xəbər 2839 dəfə oxunub.




07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +