Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


04.07.2022  16:27 

Röyanı və Zülfiyyəni tənqid etdi...





A+  A-

Əməkdar artist Cavanşir Məmmədov Xalq artisti Röya Ayxanın "Tövbə" mahnısını oxumasını tənqid edib.

XəzərNews.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda sənətçi "Xəbərətər" verilişində danışıb. O bildirib ki, mərhum Əməkdar artist Zöhrə Abdullayevadan sonra ən yaxşı Əməkdar artist Firuzə İbadova oxuyub:

"Bu yaxınlarda Röya Ayxan da oxuyub. Ancaq məsləhət görürəm ki, dəyməsinlər, Firuzə xanım buna qızıl hərflərlə imza atıb. Deyirəm və sözümün arxasında dururam. Bu boğaz elə bir xırdalıqlar edib ki, onda alınmayacaq".

C.Məmmədov ad çəkmədən Xalq artisti Zülfiyyə Xanbabayevanın "Şuşanın dağları" ifasını da tənqid edib:

"Rəhmətlik Habil müəllimlə filarmoniyanın çay evində oturub çay içirdik. Radioda "Şuşanın dağları" səsləndi, habil müəllim soruşdu ki, kimdir? Dedik, ifaçının adını. Hazırda həmin xanım Xalq artistidir. Habil müəllim söylədi ki, qardaş, bu müğənni niyə bu nəğməni oxuyub? İfası ilə mahnını korlayıb. Biz indiyə kimi onu yaxşı oxuyan bilirdik. O, bizi aldadıb, oxuya bilmirmiş ki...".

Xəbər 3083 dəfə oxunub.



08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +