Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi
Kreml Azərbaycanla münasibətlərə baxışını açıqlayıb
Harada azərbaycanlı var məlumat verin... - Moskva
Müəllimlər nazirliyi məhkəməyə verəcək
Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu


27.06.2022  12:20 

Hava yastığı üzərində ilk yükdaşıyan barjı tikildi





A+  A-

Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib.

XəzərNews.az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, “ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanıb.

Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group ilə ASCO arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.

Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir. Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq.

Unikal layihənin uzunluğu 56 metr, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə bərabərdir. “ ACB Argymak” 6 nəfərdən ibarət heyətlə idarə olunacaq.

Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.

Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Xəbər 2931 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +