Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı
Vətəndaşın bu borcunu dövlət qaytaracaq
Tverdə azərbaycanlılar saxlanıldı


13.06.2022  16:13 

Vilyam Hacıyev 8 milyon manat mənimsəyib





A+  A-

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyev cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

XəzərNews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda iş üzrə sənədlərin tədqiqi aparılıb.

Qeyd olunub ki, ekspertlərin verdiyi rəylərdə Vilyam Hacıyevin icra başçısı olduğu müddətdə qurumlara ayrılan vəsaitlərin təyinatı üzrə xərclənib-xərclənməməsi açıqlanıb.

Sabiq icra başçısının vəkili Elmar Kərimov yoxlama aktlarına etiraz edib. Vəkil aktda göstərilən rəqəmlərin təxmini yazıldığını deyib:

"Təmir-tikinti materialları ilə bağlı məsələdə seçmə üsulundan istifadə olunub. İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev və digərləri seçmə üsulu ilə təxmini bir rəqəm çıxarıblar. Sürücünün izahatı ilə iki dənə maşın farasının dəyişməsinə görə rəqəm çıxarılıb".

Müdafiəçi elan olunmuş aktlarla bağlı vəsatət hazırlamaq üçün məhkəmədən vaxt istəyib.
Prosesdə bildirilib ki, ümumilikdə isə Vilyam Hacıyevin işi üzrə dəymiş ziyan 8 milyon manatdır.

İclas iyunun 17-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb./APA

Xəbər 3402 dəfə oxunub.



07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +