Həsən Kür vəfat edib
Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı


02.06.2022  16:41 

Qazilərin qiyamı...





A+  A-

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısında baş verənlər utancvericidir. Dövlətin qapıları vətəndaşın üzünə qıfıllanır. Həm də hansı vətəndaşının?!

O vətəndaşının ki, Qazidir, canını, sağlamlığını məhz bu dövlətin adını, şərəfini qorumaq üçün xərcləyib.

O vətəndaşının ki, qoruduğu bu dövlətdə ehtiyac içində yaşamaq istəmir, haqqıdır.

Belə baxanda çox şey də istəmirlər. Niyə incidir, əsəbləri ilə oynayırsınız?

Lap belə çox şey istəyirlər, olsun, verin getsinlər. Axı sayları da çox deyil.



Bu dövlətin imkanı var onları istədikləri kimi yaşatmağa. Tamam, dövlət edir, biz demirik ki, etmir...

Amma görünür yetərli deyil.

Bu dövlət kim üçündür? Onlar üçün, vətəndaş üçün deyilmi?

Hansımızı doyun qarına yedirtmisiniz?

Biz istəmirik, heç olmasa, qaziləri, şəhid ailələrini qapılarda süründürməyin.

Bu kateqoriyadan olan insanları Birinci Qarabağ savaşından sonra hörmətdən saldınız. Hamı düşünürdü ki, bir də müharibə olsa heç kim getməz.

Amma İkinci Qarabağ savaşı başlayanda fərqli şeylər yaşadıq. Varlılar, oliqarxlar, məqam sahibləri və gül balaları – yəni sizlər istisna olmaqla yaşından, siyasi mənsubiyyətindən aslı olmayaraq bu məmləkətin ehtiyac içində yaşayan gəncləri dəstə-dəstə döyüşə yollandılar. Allaha şükürlər olsun ki, namusumuzu, şərəfimizi təmizlədilər. Həm də bilirsiniz nəyin bahasına: canlarının və sağlamlıqlarının...

İndi Sahil Babayev adlı oliqarx nazir, təkcə qalstukunun qiyməti bir qazinin aylıq yaşam xərcindən qat-qat çox olan bəy əfəndi onlar üçün qapı bağlayır və bağlatdırır.



Aç qapıları, qəbul et, başını sığalla, problemini həll et, edə bilmirsənsə bir yolla, lap elə min yolla başa sal... Sənin işinin adı nədir? Səlim Müslümovun işini təftiş etmək?

Səlim Müslümov da vaxtilə Füzulini təftiş edirdi, əl-ayaqla danışırdı, aqibətini gördük, görürük.

Özünüz, ətrafınız, qohum-qəbiləniz, 7 arxa dönəniniz yeməkdən doymursunuz, millətin qanını sorursunuz. Tamam, sorun, zatən millət buna öyrəşib. Amma millətin şərəfini qoruyan çox az sayda bir təbəqə var: şəhidlər və qazilər.

Onlara toxunmayın, haqlarını verin... Verin ki, başınız ağrımasın.

Niyaz Niftiyev


Xəbər 3463 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  00:27 

“Qarabağ” məğlub oldu

08.07.2025  00:20 

Həsən Kür vəfat edib

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +