Əsgərlik yaşı 20 yaşdan yuxarı qaldırılacaq?
NATO-dan Üçüncü Dünya Müharibəsi xəbərdarlığı
Rusiya Zaporojjyanı vurdu
Bu müəllimlərə 2250 manat veriləcək
İsrail-Türkiyə müharibəsi başlaya bilər?
Zatulin münasibətlərin gərginləşəcəyi anonsunu verdi
Rus əsgəri 17 yaşlı qızı sərxoş edib zorladı
Prezident Sərdar Ayaz Sadiqi ilə görüşdü
AzerRos kimi təxribatçı adlandırır?
Mərkəzi Bankın milyonluq tenderi baş tutmadı


12.05.2022  09:14 

600 TIR keçid üçün növbə gözləyir - Sərhəddə





A+  A-

Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin sıxlığı müşahidə olunur. Təkcə Azərbaycan tərəfində 600 TIR keçid üçün növbə gözləyir.

XəzərNews.az xəbər verir ki, “Xəzər Xəbər” "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində yaranan sıxlığın səbəblərini araşdırıb.

TIR parklarında günlərlə qalan sürücülər artıq bir aydır ki, bu cür sıxlığın müşahidə olunduğunu bildirirlər.

Gürcüstandan Azərbaycana yükdaşımaların sayının artmasının Ukrayna-Rusiya arasında gedən müharibə səbəbindən olduğu qeyd edilir.

Maşınların sayının kəskin artması nəticəsində ərazidəki TIR parkları tamamilə dolub. Gün ərzində "Sınıq Körpü" sərhəd-keçid məntəqəsində Azərbaycandan 300 TIR-ın keçidi təmin edilir.

Məntəqədən bildirilib ki, əgər Gürcüstan tərəfi TIR və digər yük avtomobillərinin yoxlanması və qeydiyyatını intensivləşdirsə, Azərbaycan tərəfi nəqliyyat vasitələrinin maneəsiz və daha tez keçidini təmin edə bilər.

Hazırda "Yaşıl dəhliz" buraxılış sistemindən istifadə hüququ olan yük avtomobillərinin keçidi isə 24 saat ərzində fasiləsiz təmin olunur. Məntəqədə daha 80 yük avtomobili "Yaşıl dəhliz" vasitəsilə keçid üçün növbə gözləyir.



Xəbər 9521 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +