Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


11.05.2022  14:15 

İcra başçısının şəhid ailələri ilə mübahisəsi gündəm oldu: Cins şalvar, qısaqol köynək...





A+  A-

Xızı rayonunun icra başçısı Xəzər Aslanovun şəhid ailələri ilə mübahisə etməsini əks etdirən videoda bir məqam diqqət çəkir.

XəzərNews.az Bakupost.az-a istinadən xəbər verir ki, videodan icra başçısının xidməti otağında sakinləri qəbul edən zaman qeyri-rəsmi geyimdə, cins şalvar, qısaqol yay maykasında olduğu görünür. Hansı ki, məmurların işdə rəsmi geyimdə olmaları tələb edilir.



Xatırlayırsıza, Prezident İlham Əliyev Neftçalanın həbs olunmuş icra başçısı İsmayıl Vəliyev barədə danışarkən onun geyiminə də toxunmuşdu.



Sitat: “Korrupsiyaya və rüşvətxorluğa qarşı dözümlülük sıfır səviyyəsində olmalıdır. Neftçalanın keçmiş icra başçısının biabırçı hərəkətləri xalqda nifrət hissi oyadır.
Kabinetdə müxtəlif adamlardan rüşvətin alınması biabırçı mənzərədir. Bir də ki, o adamın iş otağındakı hərəkətləri, onun əynindəki geyim, cinsdə, ev paltarında adam iş otağında ola bilər? Rəhbər iş otağında bu geyimdə hansı nümunə göstərir bütün məmurlara?”


İsmayıl Vəliyev həbs olunarkən yayılan videoda onun eynilə Xəzər Aslanov kimi cins paltarda olduğu görünürdü. Prezident də o məqama xüsusi diqqət yetirmiş və bunu biabırçı hal adlandırmışdı. Ondan sonra heç kimin ağlına gəlməzdi ki, hansısa icra başçısı nəinki otağında cins paltarda gəzər, hətta vətəndaşları, şəhid ailələrini də idman geyimində qarşılayar.

Bu nəyin göstəricisidir? Prezidentin sözünü heçə saymaq, yoxsa özünü həbsdəki qohumu İsmayıl Vəliyevə oxşatmaq?.

Qeyd edək ki, İ. Vəliyevin həyat yoldaşı Xızı rayonunun icra başçısı Xəzər Aslanovun bacısıdır.



Məsələ ilə bağlı Xızı RİH-dən bildirildi ki, həmin görüntülər qəbulun ilk 5 dəqiqəsinə aiddir:

“O görüntülər qəbuldan əvvəl çəkilib. Sadəcə içəridə çox adam var idi və səs-küy yaranmışdı. Biz vətəndaşlardan bir qədər sakitliyə riayət etmələrini xahiş etdik. Daha sonra icra başçısı gəldi və 3 saata yaxın qəbul keçirdi. Vətəndaşların da hamısı tam razı şəkildə getdilər. 7 şəhid ailəsi gəlmişdi, heç bir problem yaşanmadı. Ailələrin özləri ilə də əlaqə saxlayıb məlumat ala bilərsiniz”.


Xəbər 5773 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı

08.07.2025  10:59 

Rusiyadan daha bir TƏXRİBAT


BÜTÜN XƏBƏRLƏR +