Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


26.01.2022  19:42 

Baba Rzayevin qardaşının 324 min vergi borcu var, amma özünə yeni villa tikir – FAKT





A+  A-

Ölkənin aparıcı şirkətlərindən biri olan "Göknur Bakı LTD" MMC-nin (VÖEN-1500023181) dövlət büdcəsinə böyük həcmdə - 323 min 844 manat 11 qəpik (26.01.2022-ci il tarixə olan məlumat) vergi borcu var.

XəzərNews.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Göknur Bakı LTD" MMC-nin rəhbəri Rahib Hüseynağa oğlu Rzayev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayevin qardaşıdır.



Maraqlıdır ki, dövlət büdcəsinə 324 min manat vergi borcu olan Rahib Rzayev bu yaxınlarda Xəzər rayonunun Şağan qəsəbəsi ərazisində ümumi sahəsi 713 kv. metr olan ərazidə 7 otaqlı, 2 mərtəbəli fərdi yaşayış evinin tikintisinə başlayıb.



Məlumat üçün onu da qeyd edək ki, “Göknur Bakı LTD" MMC-nin hüquqi ünvanı “Nərimanov rayonu, Ziya Bünyadov ev 11, məhəllə 2062”da yerləşir. Qeyd olunan ünvanda “Azərenerji” sədrinin digər bir qardaşı Emin Rzayevin rəhbərlik etdiyi “Bakelektro” MMC adlı şirkət də qeydiyyatdan keçib. 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınan "Göknur Bakı LTD" MMC bugünə kimi “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin keçirdiyi və dəyəri milyonlarla ölçülən tenderlərin qalibi olub.





Xəbər 3379 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +