Zəngəzur dəhlizinin arxasında ABŞ və NATO dayanıb?
Prezident İldırım Vəliyevlə bağlı sərəncam İMZALADI
Şəkidə TIR yandı
İlham Əliyev Trampa başsağlığı verdi
Prezident onlara rütbələr verdi
Fərid Abuşov işdən çıxarıldı
Özgür Özəlin toxunulmazlığı ləğv edilə bilər
İranda ölənlərin sayı 1060 nəfərə çatıb
Basketbol millimiz İslandiyanı məğlub etdi
Mingəçevir İcra Hakimiyyətində FACİƏ


26.01.2022  12:04 

Həbsdə olan sabiq deputat vəkildən imtina edib





A+  A-

Həbsdə olan sabiq deputat Eldəniz Səlimov vəkili İlqar Əliyevlə müqavilə bağlamaqdan imtina edib.

XəzərNews.az xəbər verir ki, bu barədə Modern.az-a vəkil özü bildirib.

İ.Əliyev hazırda E.Səlimovun vəkili olmadığını vurğulayıb: “Onunla bağlı heç bir məlumat verə bilmərəm, mənimlə müqavilə bağlamayıb. Ancaq valideynlərindən məlumat ala bilərsiniz”.

Qeyd edək ki, Milli Məclisin deputatı Eldəniz Səlimov ötən il Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında xidməti vəzifəsini yerinə yetirən polis əməkdaşına qarşı zor tətbiq edib. Deputat bu əməlinə görə 3 il 6 ay müddətə azadlıqdan məhrum olunub.

Xatırladaq ki, E.Səlimov qohumuna məxsus restoranda Xaçmaz Rayon Polis Şöbəsinin inspektoru, leytenant Zaur Mirzəyevin bir neçə gün öncə xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək onun ünvanına nalayiq ifadələr işlədib. E.Səlimovun Z.Mirzəyevin sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

E.Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə ittiham olunurdu. İstintaq dövründə onun hüquqlarını vəkil İlqar Əliyev müdafiə edirdi.

Xəbər 3297 dəfə oxunub.




08.07.2025  17:13 

Şəkidə TIR yandı

08.07.2025  17:00 

Prezident onlara rütbələr verdi

08.07.2025  16:51 

Fərid Abuşov işdən çıxarıldı

08.07.2025  11:02 

Milli Məclisin iclası başladı


BÜTÜN XƏBƏRLƏR +