Pensiya düzəltmək istədi... - Dələduzluğun qurbanı oldu
Rusiyanın fövqəladə hallar naziri Bakıya gəlib
Erməni səfir Rusiya XİN-ə çağırıldı
Pezeşkianı öldürmək istədilər
Rus nazir Bakıya uçdu - Putinin şəxsi məktubunu çatdıracaq
Vərəsəliklə bağlı yeni qaydalar - Prezident təsdiqlədi
Vətən müharibəsi iştirakçısı həkim səhlənkarlığından öldü
Ərdoğan Özgür Özələ 500 min lirə təzminat davası açıb
Azərbaycanlı tələbə Almaniyada ölü tapıldı
Prezident onu rektor təyin etdi


25.01.2022  16:22 

Əgər Qiyamət günündə sorğu-sual olacaqsa?..





A+  A-

Əgər Qiyamət günündə sorğu-sual olacaqsa, öləndən sonra mələklərin sorğu-sualına nə ehtiyac var?

Qəbirdə iki mələyin sorğu-sualı qiyamətdəki hesabata bir müqəddimədir. İnsanların əsas sorğu-sualı qiyamətdə olacaq. Qəbirdə ölüyə cəmi beş-altı sual veriləcək, Qiyamətdə isə onun bütün əməlləri araşdırılacaq. Özü də həmin gün yalnız sorğu-sual yox, həm də hökm veriləcək. Hər kəsin hesabı başqalarının gözü qarşısında aparılacaq.

Yaxşı əməllərlə pis işlər ölçüləcək, halallıq, şəfaət kimi hallar da nəzərə alınacaq. Amma qəbir sualında bunlar yoxdur. Qəbirdə sorğu mələkləri insana bir neçə əsas sual verib cavabını istəyəcəklər. Bu suallar əsasən ölünün düzgün əqidəyə sahib olub-olmadığını ayırd etmək üçündür.

Həmçinin, bu sualların cavabından ölünün qəbirdəki vəziyyəti asılı olacaq. Doğru cavab verənlərin qəbrinə cənnətdən, yanlış cavab verənlərin qəbrinə isə cəhənnəmdən pəncərə açılacaq.

Xəbər 3673 dəfə oxunub.



07.07.2025  14:34 

Prezident onu rektor təyin etdi

07.07.2025  13:03 

Rusiya Zaporojjyanı vurdu


BÜTÜN XƏBƏRLƏR +